Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Məktəblərdə bullinq: Dövlət Komitəsindən REAKSİYA

Məktəblərdə bullinq: Dövlət Komitəsindən REAKSİYA

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Azərbaycanda son bir həftə ərzində 3 məktəbli intihar edib. 

Hadisələrdən biri Biləsuvarda baş verib. Belə ki, 11-ci sinif şagirdi Simuzər Heydərova intihar edib.

Sosial şəbəkələrdə Simuzərin məktəbdaxili bullinqə (həmyaşıd zorakılığ) məruz qalması ilə bağlı məlumatlar yayılıb. Lakin Şərqi-Zəngəzur Regional Təhsil İdarəsi bu iddiaları təkzib edib.

Bildirilib ki, məktəb daxilində aparılan ilkin təhlil və sorğular sözügedən şagirdə qarşı hər hansı qısnama hallarının baş verdiyini təkzib edir.

Fevralın 10-da isə Nizami rayonunda, “Neftçilər” metrostansiyası yaxınlığında 16 yaşlı Kamilə Məmmədova çoxmərtəbəli binanın damından özünü atıb.

Nəticədə aldığı xəsarətdən hadisə yerindəcə keçinib. İntiharın səbəbi hələlik məlum olmasa da, K.Məmmədovanın məktəbli olduğu bildirilib. 

Sonuncu hadisə isə fevralın 5-də Yardımlının Zevin kəndində baş verib. 15 yaşlı məktəbli Ələkbər Rafiq oğlu Şükürlü yaşadığı evdə atasına məxsus ov tüfəngindən atəş açaraq özünü öldürüb.

Yayılan məlumatlara görə, yeniyetmə intihar etməmişdən əvvəl məktub yazıb. Həmin məktubda hansısa oyunda Ə.Şükürlüyə vaxt təyin edildiyi və o tarixə qədər özünü öldürməli olduğu qeyd edilib. 

Göründüyü kimi, bu intiharların hər biri fərqli səbəblərdən baş versə də, ortaq məqam yeniyetmələrin psixoloji vəziyyəti və məktəb mühiti ilə bağlıdır. 

Ümumiyyətlə, məktəblərdə şagirdlərin psixoloji vəziyyəti ilə bağlı hansı tədbirlər görülür?

Məsələ ilə bağlı “Cebheinfo.az”ın Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə göndərdiyi sorğuya əsasən bildirilib ki, uşaqların ailədə, məktəbdə istənilən növ zorakılıqdan müdafiəsi, müvafiq sahədə mövcud problemlərin həlli və bullinq mövzusunda maarifləndərmə işləri aparılmışdır:

“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq uşaq hüquqlarının müdafiəsi istiqamətində ictimai maarifləndirmə işləri aparılır, sorğular və analitik təhlillər həyata keçirir.

Belə ki, ötən il Dövlət Komitəsinin təşəbbüsü ilə “Yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış: Bullinq” mövzusunda araşdırma aparılmış, uşaqlar arasında aqressiv davranışların (bullinqin) yayılma səviyyəsi, bullinqlə mübarizə yolları təhlil edilmiş, nəticələr əsasında ailələrə, valideynlərə, ümumi təhsil müəssisələrinə, cəmiyyətə, dövlətə və şəxsin özünə yönəlik təkliflər hazırlanmışdır. 

Bununla yanaşı ümumi təhsil müəssisə direktorları və psixoloqlarının iştirakı ilə Dövlət Komitəsi tərəfindən eyniadlı konfrans təşkil edilmişdir.
Xüsusilə vurğulamaq lazımdır ki, dövlət qurumları və vətəndaş cəmiyyətinin dialoqu əsasında müvafiq sahədə koordinasiyalı işinin təşkili, uşaqların ailədə, məktəbdə istənilən növ zorakılıqdan müdafiəsi, müvafiq sahədə mövcud problemlərin həlli istiqamətində imkanların yaradılması və mühüm təkliflərin səsləndirilməsi konfransın əsas məqsədini təşkil etmişdir.

Məlumat üçün bildiririk ki, cari ilin mart ayında Bakı Şəhər Təhsil İdarəsinin və Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisə psixoloqlarının iştirakı ilə Türkiyə Resublikasından dəvət edilimiş Sakarya Universitetinin professoru Mehmet Zafer Danış tərəfindən yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış halları ilə mübarizə sahəsində təlim təşkil ediləcəkdir.

Ümumilikdə 120 psixoloqun iştirak edəcəyi, o cümlədən təlimçilər üçün təlim (TOT) formatında keçiriləcək tədbir zamanı uşaqlar arasında aqressiv davranışla mübarizə istiqamətində profilaktik işin təşkili, bu sahədə mübarizə mexanizmləri müzakirə ediləcəkdir.

Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin layihəsi əsasında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin “uşaqdan-uşağa” prinsipi əsasında paytaxtda və regionlarda uşaqların iştirakı ilə yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranışla mübarizə istiqamətində mütəmadi olaraq təlimlər, “dəyirmi masa”lar və müzakirələr təşkil edilir”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:744
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Fevral 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see641

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see569

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see448

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see315

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see311

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see310

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see297

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see286

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see259

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see251

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see233

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see232

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see220

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see219

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see218

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see216

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see198

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see191

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see190

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri