Icma.az
close
up
RU
Dövlət Kukla Teatrında yeni səhnə əsərinin məşqlərinə başlanılıb

Dövlət Kukla Teatrında yeni səhnə əsərinin məşqlərinə başlanılıb

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Dövlət Kukla Teatrında yeni səhnə əsərinin məşqlərinə başlanılıb.

SİA xəbər verir ki, Slovakiya yazıçısı Yaroslav Vadorajkanın “Müqəvva” pyesi (tərcümə edən Zümrüd Quliyeva) əsasında “Leylək və Müqəvva” əsərinin məşqlərinə başlanılıb.

Birhissəli uşaq tamaşasını teatrın quruluşçu rejissoru Müşfiq Əliyev hazırlayır. Uşaqlarda təbiətə, heyvanlara sevgi və diqqət aşılayan maraqlı səhnələrlə zəngin nümunənin quruluşçu rəssamı Rəvanə Yaqubovadır.

Musiqi tərtibatlı yeni səhnə işində biri canlı plan (Müqəvva) olmaqla ümumilikdə 15-dən artıq müxtəlif ölçülü kukladan istifadə olunub.

Tamaşada personajları Elnur Xəlilov (Müqəvva), Əməkdar artist Cəmilə Allahverdiyeva (Balaca Leylək), Nərmin Əhmədova (Sərçə, Leylək), Samirə Nəcəfova (Tülkü, Leylək) və Yusif Baxşəliyev (Külək, Leylək, Ağac) canlandırırlar.

Təbiət və insan tandemini ön plana çıxaran nümunədə uşaqlar həm əylənəcək, həm də fərqli və maraqlı səhnə həlli vasitəsilə, bir növ, təbiətlə təmasa nail olacaqlar. Sözsüz ki, səhnənin və tərtibatın imkanları çərçivəsində.

Tamaşanın hekayəti bir az hüznlü, daha doğrusu, ibrətamiz hadisə ilə başlayır. Belə ki, əkin-biçin mövsümünün bitməsi ilə əlaqədar tarlada tərk edilən, sahibi tərəfindən taleyin hökmünə buraxılan Müqəvva bu sonluq ilə barışmaq istəmir. Özünü gərəksiz hiss etmək, insanların etibarsızlığı ilə qarşılaşmaq onu çox incidir və illərlə qoruduğu əkin sahəsini tərk etməyə qərar verir.

Küləyin köməyi ilə buna nail olan küskün Müqəvva yad yerlərə yol alır. Bu zaman isti ölkəyə köçə hazırlaşan leyləklərlə rastlaşır. Sırasından geri qalan, dəcəl uşaqlar tərəfindən atılan daşa görə qanadı qırılan balaca leyləyi sağaltmaq qərarına gəlir. Bütün qışı qurumuş ağacın iri gövdəsində daldalanan Müqəvva və balaca Leylək nəhayət baharın gəlişinə sevinirlər. Budur, artıq Leylək öz dəstəsinə qoşula bilər. Bu nəticədən məsud olan Müqəvva sonda anlayır ki, ətrafa yararlı olmaq üçün tarladan da başqa yerlər var. Beləcə o Küləyə qoşularaq yeni yerləri kəşfə davam edir.

Klassik kukla tamaşaçı üslubunda hazırlanan tamaşa aprelin sonlarında teatrsevərlərin ixtiyarına veriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:339
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 Mart 2025 04:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see746

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see578

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see328

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see321

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see290

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see288

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see282

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see272

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see270

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see269

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see267

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see255

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see240

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see237

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see230

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see220

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see213

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see211

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri