Icma.az
close
up
RU
Menu

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

Dövlət müəssisələrinin islahatı səmərəlilik və ədalət prinsiplərinə söykənir ŞƏRH AZƏRTAC

Dövlət müəssisələrinin islahatı səmərəlilik və ədalət prinsiplərinə söykənir ŞƏRH AZƏRTAC

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 8 yanvar, AZƏRTAC

Prezident İlham Əliyev ötən gün yerli televiziya kanallarına müsahibəsi zamanı son bir neçə il ərzində dövlət şirkətlərində yeni idarəetmə modelinin tətbiq olunmağa başlanıldığını və müsbət nəticələr əldə olunduğunu qeyd edib.

AZƏRTAC xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı dövlətə məxsus müəssisələrin islahatı istiqamətində görülən işlərdən danışıb.

Onun sözlərinə görə, Azərbaycanda dövlət müəssisələrində aparılan islahatlar ölkə başçısının diqqət mərkəzindədir.

“Burada əsas məsələ səmərəlilik, sosial ədalət və dövlət nəzarəti imkanlarından ibarət üçbucağın təpə nöqtələri arasında optimal mövqenin müəyyələşdirilməsidir. İslahatın ilk mərhələsində dövlət müəssisələrinin diaqnostikası aparılıb, müşahidə şuraları, müvafiq komitələr və koordinasiya ofisləri formalaşdırılıb, korporativ idarəetmə standartları və əsas icra göstəriciləri (KPİ) müəyyənləşdirilib və yeni büdcə-maliyyə siyasəti həyata keçirilib. Bu baxımdan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Azərbaycan İnvestisiya Holdinqi, “Aqrarkredit” QSC və ləğv olunmuş Azərbaycan Sənaye Korporasiyasında dövlət əmlakının idarə edilməsi və sağlamlaşdırılması istiqamətində müvafiq islahatlar aparılır. Toplam aktivləri 100 milyard manatı ötən dövlət şirkətlərində növbəti dönəmdə layihə idarəetməsi, risk menecment, investisiya və xəzinə siyasəti, pul vəsaitlərinin hərəkətinin idarə edilməsi, müəssisə resurslarının planlaşdırılması (ERP) və sərmayə cəlbi kimi istiqamətlərdə islahatların aparılması məqsədəuyğundur. Dünya Bankının hesablamalarına görə ölkə ÜDM-nin beşdə ikisini və formal məşğulluğun beşdə birini təmin edən dövlət şirkətlərinin islahatı, o cümlədən dövlət-özəl tərəfdaşlığı, idarəetməyə vermə, “tik - idarə et - təhvil ver”, birgə müəssisə, birləşmə və satınalma (M&A) və özəlləşdirmə formalarında nəzərdə tutulur. Özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulan dövlət müəssisələrinin, o cümlədən, ABB, “Bakı Telefon Rabitəsi”, “Aztelekom”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”, “AzerGold”, “Azərikimya”, Etilen-Polietilen zavodu, Karbamid zavodu və Metanol zavodunun siyahısı 2023-cü ilin avqustunda cənab Prezident tərəfindən təsdiqlənib. Son iki-üç ildə Azərbaycanda “Rəqabət Məcəlləsi”, “İnvestisiya fəaliyyəti haqqında” və “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanunların qəbulu dövlət müəssisələrinə özəl sərmayənin cəlbi, səmərəliliyin artırılması və bazar mexanizminin gücləndirilməsi üçün yaxşı imkanlar yaradır”, - deyə mərkəzin icraçı direktoru vurğulayıb.

Vüsal Qasımlı əlavə edib ki, Azərbaycan iqtisadiyyatında dövlət müəssisələrinin xüsusi çəkisinin dünya ortalamasından 2-3 dəfə çox olması islahat potensialının miqyasını göstərir. İİTKM rəhbəri Asiya İnkişaf Bankının hesablamalarında dövlət şirkətlərinin səmərəliliyinin artırılması potensialının illik ÜDM-in 4,2 faizi həddində olmasının da qeyd edib: “Dövlət şirkətlərinin islahatı makro-fiskal dayanıqlılıq baxımından da qiymətləndirilir. Belə ki, dövlət şirkətlərinin borclarının optimallaşdırılması, onların dövlət büdcəsindən, xüsusən də kommunal xidmətlər üçün aldıqları subsidiyaların azaldılması, dövlət büdcəsinə ödənilən dividendlərin artırılması və dövlət investisiyalarının səmərəliliyinin artırılması istiqamətində müsbət irəliləyişlər müşahidə olunur. Rəsmi maliyyə hesabatlarının təhlilinə əsasən, 2022-2023-cü illərdə bir sıra qurumlar, o cümlədən “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC 9,9 milyon manat, “Azərbaycan Hava Yolları” QSC 110,6 milyon manat, “AzerGold” QSC 46,2 milyon manat, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC 43,6 milyon manat və SOCAR 2,073 milyon manat mənfəət əldə edib. Eyni zamanda, son illərin dövlət büdcəsinin gəlirlərinin təhlilinə əsasən deyə bilərik ki, səhmlərində dövlətin payı olan müəssisələrin dövlət büdcəsinə ödədiyi dividendlərin məbləğində artım var - 2023-cü il üzrə 321,1 milyon manat, 2024-cü il üzrə 558,2 milyon manat və 2025-ci il üzrə proqnoz 612,2 milyon manat. Bununla yanaşı, 2024-cü illə müqayisədə 2025-ci ilin dövlət büdcəsindən dövlət mülkiyyətində olan və nəzarət zərfi dövlətə məxsus olan qurumlara verilən subsidiyanın məbləği də azalır. Məsələn, “Bakı Metropoliteni” QSC-yə 2024-cü ildə 50 milyon manat subsidiya nəzərdə tutulduğu halda 2025-ci ildə 27,6 milyon manat nəzərdə tutulur ki, bu da dövlət büdcəsinin yükünün azalmasına səbəb olacaqdır”.

Dövlət aktivlərinin idarəetmə modelinin də dəyişməsini vurğulayan Vüsal Qasımlı “Azərbaycan Sənaye Korporasiyası”nın ləğvi ilə “Azərbaycan alüminiumu” və “Azərpambığ”ın Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi, eyni zamanda sonuncunun portfelindəki müəssisələrin hesabına AZCON-un yaradılmasını dövlət aktivlərinin idarəetməsində yeni struktur yanaşma olduğunu ifadə edib.

“Ölkəmizin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərində həm Şərq-Qərb, həm də Şimal-Cənub marşrutları üzrə tranzit həcmi sürətlə artır. Bu il Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə yük daşımaları təxminən 60 faiz artıb. Eyni zamanda, Azərbaycandan keçən “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb marşrutu üzrə yük daşımaları da 30 faiz artıb. Azərbaycan Avrasiyanın mərkəzində nəqliyyat-logistika qovşağı kimi mövqeyini gücləndirir. Cənab Prezidentin təsdiq etdiyi fəaliyyət planının hədəf göstəriciləri mövcud infrastrukturun təkmilləşdirilməsi, tranzit əməliyyatları zamanı inzibati prosedurların optimallaşdırılması, aidiyyəti dövlət orqanları arasında koordinasiyanın yaxşılaşdırılması və vahid platforma üzərindən tətbiqi, tranzit daşımalar zamanı sərhədkeçmə müddətinin minimuma endirilməsi, eləcə də sahə üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi yolu ilə Azərbaycandan daşınan tranzit yükdaşımalarının həcminin 2024−2026-cı illər ərzində 2022-ci ilə nisbətən 27 faiz artırılaraq 10,7 milyon tondan 13,6 milyon tona çatdırılmasıdır. Azərbaycan İnvestisiya Holdinqində də istehsal təmərküzləşməsi hiss olunur. Belə ki, “AzerGold” və “Azəralüminium” AİH-in portfelində metallurgiya sahəsində bir-birini tamamlayıcı vahidlərdir. Digər tərəfdən isə 23 dekabr 2024-cü il tarixində cənab Prezident “Azərbaycan Respublikasında qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Sərəncamla bu işi “AzerGold”a tapşırıb. Dövlət müəssisələrinin islahatı ən geniş mənada milli iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, davamlı inkişafın təmin edilməsi və sosial rifahın yaxşılaşdırılmasına xidmət etməlidir”, - deyə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Yanvar 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

03 Dekabr 2025 11:48see422

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see417

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see348

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see323

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see320

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see293

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see275

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see261

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see247

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see235

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see234

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see233

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see232

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see205

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see164

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see142

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see140

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see134

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see133

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri