Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

Ədalət bərpa olundu ŞƏRH

Ədalət bərpa olundu ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Məlum olduğu kimi, Azərbaycan xalqına qarşı törədilmiş Xocalı Soyqırımının beynəlxalq səviyyədə tanınması və Xocalı faciəsi qurbanlarının əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə 25 fevral 2025-ci il tarixdə “Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev sərəncam imzalamışdır. Ölkə Prezidenti İlham Əliyev Xocalıya səfər zamanı Xocalı Soyqırımı Memorial Kompleksinin açılışındakı çıxışında vurğulamışdır ki, bu hadisə insanlığa qarşı yönəldilmiş cinayətdir. Xocalı qətliamının məsuliyyəti bilavasitə Ermənistan dövlətinin üzərinə düşür. Bir gecə ərzində yüzlərlə mülki insanın öldürülməsi, qadınların, uşaqların və qocaların xüsusi qəddarlıqla qətlə yetirilməsi yalnız hərbi əməliyyat deyil, sistemli terror aktı idi.

Bu faciənin dünya ictimaiyyətinə çatdırılmasında, haqq işimizin dünya birliyinə təqdim edilməsində Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi qeyd edilməlidir. Fond yaradıldıqdan sonra, “Xocalıya ədalət” genişmiqyaslı hərakatına start verildi. Bu təşəbbüsü Fondun vitse-prezidenti Leyla Əliyeva həyata keçirdi.

Prezident İlham Əliyev demişdir ki, “Memorial Kompleksin açılışı məhz Xocalıda açılışı ədalətin təntənəsidir. Çünki mən bunu iki il əvvəl təməlqoyma mərasimində demişəm”

Dövlət başçısının Xocavənd şəhərinə növbəti səfəri çərçivəsində burada həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri ilə yaxından tanış olması regionun dirçəliş prosesinin ardıcıl və planlı şəkildə aparıldığını bir daha nümayiş etdirdi.

Tarixi səfər zamanı ölkə başçısına şəhərdə icra olunan infrastruktur layihələri barədə ətraflı məlumat verilmiş, Xocavənddə yol-nəqliyyat şəbəkəsinin yenidən qurulduğu, elektrik, su və qaz xətləri müasir standartlara uyğun şəkildə bərpa edildiyi bildirilmişdir

Şəhərdə yaşayış məntəqələrinin yenidən qurulması əsas prioritet istiqamətlərdəndir. Müasir memarlıq üslubunda inşa olunan yeni yaşayış binaları keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını təmin etmək məqsədi daşıyır. Tikilən evlər dayanıqlı materiallardan istifadə olunmaqla, rahat və təhlükəsiz yaşayış üçün bütün zəruri infrastrukturla təmin edilir.

Sosial obyektlərin - məktəblərin, uşaq bağçalarının, tibb müəssisələrinin və mədəniyyət ocaqlarının tikintisi də diqqət mərkəzindədir. Bu obyektlər gələcəkdə şəhərin sosial həyatının canlanmasına və əhalinin rifahının yüksəldilməsinə xidmət edəcək. Həmçinin, yeni iş yerlərinin yaradılması iqtisadi fəallığın artmasına və bölgənin davamlı inkişafına təkan verəcək.

Xocavənddə həyata keçirilən layihələr təkcə fiziki infrastrukturun bərpası deyil, həm də sosial ədalətin bərqərar olunması və insanların doğma torpaqlarına qayıdış arzusunun gerçəkləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlət tərəfindən yaradılan şərait mərhələli şəkildə əhalinin köçürülməsinə və bölgədə həyatın tam bərpasına imkan verir. Bunu, Prezidentimizin vətəndaşlarla görüşləri təsdiqləyir, onlara yaradılan şərait üçün cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.

Ölkə başçısının Xocalı faciəsi ərəfəsində Xocavəndə səfəri həmçinin çox önəmli göndərişdir. Bizim azad olunmuş torpaqlarımızda həyat davam edir və bir daha göstərir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan quruculuq işləri sistemli və məqsədyönlü xarakter daşıyır.

Xocavənd bu gün yenidən qurulan, dirçələn və gələcəyə inamla addımlayan bir şəhər kimi öz yeni inkişaf mərhələsini yaşayır. Bu dirçəliş həm tarixi ədalətin təntənəsi, həm də Azərbaycanın davamlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir.

Cənab Prezidentimiz İlham Əliyevin Memorial Kompleksdəki çıxışı xalqımızın sarsılmaz iradəsini, ədalətə tam olan inamını dünyaya bir daha bəyan etdi.

Qadir İbrahimov

Yeni Azərbaycan Partiyası Culfa rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 Mart 2026 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see543

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see532

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see528

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see473

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see447

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see431

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see367

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see352

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see340

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see324

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see319

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see311

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see306

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see294

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see293

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see292

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see292

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see292

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see278

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see276
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri