Dövlət Neft Fondu investisiya üzrə təhsil proqramına başlayıb
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 1 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) “Franklin Templeton” ilə əməkdaşlıq çərçivəsində investisiya üzrə təhsil proqramına start verib.
ARDNF-dən AZƏRTAC-a bildirilib ki, hazırlanan proqram ARDNF-nin gələcəyə dair strateji baxışını “Franklin Templeton”un qlobal investisiya təcrübəsi ilə birləşdirərək, fondun seçilmiş əməkdaşlarına aparıcı mütəxəssislərdən öyrənmək, peşəkar bacarıqlarını inkişaf etdirmək və maliyyə dünyasında davamlı təsir yaratmaq imkanı təqdim edir.
“Bu təşəbbüs yalnız təlim proqramı olmaqla kifayətlənmir, həm də “Franklin Templeton” ilə strateji tərəfdaşlığımızda mühüm mərhələni ifadə edir və ARDNF-nin beynəlxalq müstəvidə məsuliyyətli suveren sərvət fondu kimi mövqeyini daha da möhkəmləndirir”, - deyə qurumun yaydığı məlumatda bildirilir.
Qeyd edək ki, 1,64 trilyon dollar həcmində idarə olunan aktiv portfelinə malik olan “Franklin Templeton” dünyanın aparıcı investisiya qurumlarından biridir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 01 Oktyabr 2025 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















