Dövlət Neft Fondu: İnvestisiya gəlirləri 15 milyard dolları ötüb
Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Son on il ərzində Azərbaycan Respublikası Dövlət Neft Fodunun (ARDNF) investisiya fəaliyyəti nəticəsində əldə olunan gəlirlər 15 milyard dollardan artıq olub. Hazırda fondun ümumi aktivləri 70 milyard dolları ötüb. SİA xəbər verir ki, bu fikirləri Azərbaycan ARDN-nin İcraçı direktorunun müavini Bəhruz Bəhramov “Konstitusiya və Suverenlik İli”nə həsr edilən “Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik” mövzusunda keçirilən elmi-praktik konfransda çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, ARDNF-nin vəsaitləri ölkənin ümumi daxili məhsulunun (ÜDM) təxminən 90 faizinə bərabərdir və bu göstərici dövlət borcunun 13 mislini üstələyir.
“Fondun sabit və davamlı investisiya siyasəti ölkənin maliyyə sabitliyinin qorunmasında mühüm rol oynayır”, - deyə Bəhruz Bəhramov vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 22 Oktyabr 2025 14:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















