Dövlət Neft Fondu vəsaitlərin idarə olunmasından 3.1 mlrd. manat gəlir əldə edib
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
1 iyul 2025-cü il tarixinə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) cəmi investisiya portfeli 66 515.2 mln. ABŞ dollarına çatıb.
"APA-Economics" ARDNF-nin hesabatlarına əsasən xəbər verir ki, investisiya portfelinin 66.5%-ni (44 215.9 milyon) ABŞ dolları təşkil edib.
2025-cü il 1 iyul tarixinə avro ARDNF-in investisiya portfelinin 20.9%-ni, funt sterlinq – 5.1%-ni, Çin yuanı – 2.4%-ni, Yaponiya yeni – 1,4%-ni, digər valyutalar isə 3.7%-ni təşkil edib.
Məlumata görə, ABŞ dolları portfelinin 19 133,2 milyon dollarlıq hissəsini (28,8%) qızıl investisiyaları təşkil edir.
Qeyd edək ki, cari ilin I yarımilində ARDNF-nin vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 3 089,8 mln manat təşkil edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 23 İyul 2025 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















