Dövlət Neft Fondunun vəsaitlərinin idarə olunmasından daha çox gəlir əldə edəcəyi gözlənilir
Icma.az xəbər verir, Marja.az saytına əsaslanaraq.
2026-cı ildə Fondun aktivlərinin idarə edilməsindən gözlənilən gəlirlilik cari illə müqayisədə artımla proqnozlaşdırılmış, aktivlərin struktur dinamikasında Qızıl alt portfelinin payının 2025-ci il investisiya siyasətində müəyyən edilmiş hədəf diapazonundan kənara çıxması müşahidə edilmişdir.
Marja.az xəbər verir ki. bu Hesablama Palatasının Dövlət Neft Fondunun 2026-cı il büdcəsinin layihəsinə rəyində bildirilir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Qeyd edilib ki, 2026-cı ildə Dövlət Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 2 mlrd. 397,6 mln. ABŞ dolları və ya 4 mlrd. 75,8 mln. manat olması proqnozlaşdırılır ki, bu da manat ifadəsilə 2024-cü ilin müvafiq icra göstəricisindən (5 mlrd. 795,3 mln. manat) 1 mlrd. 719,4 mln. manat və ya 29,7% az, 2025-ci ilin proqnozundan (3 mlrd. 462,2 mln. manat) isə 613,6 mln manat və ya 17,7% çoxdur.
2026-cı il üçün Dövlət Neft Fondunun vəsaitlərinin idarə edilməsi ilə bağlı gəlirliliyi 3,7% proqnozlaşdırılmışdır ki, bu da 2025-ci il proqnozu ilə müqayisədə 0,2% daha çoxdur.
2025-ci ilin 9 ayı üzrə Dövlət Neft Fondu vəsaitlərinin idarə edilməsindən 3 mlrd. 79,8 mln. ABŞ dolları və ya 5 mlrd. 235,7 mln. manat gəlir əldə etmişdir. Fondun 2025-ci il üzrə qəbul edilmiş investisiya siyasətinə əsasən investisiya portfelinin aşağı uzaqlaşma intervalı maksimum 10% olmaqla 40%-i borc öhdəlikləri və pul bazarları alətlərindən, 25%-ə qədəri səhmlərdən (pay), 10%-ə qədəri yuxarı uzaqlaşma intervalı maksimum 3% olmaqla daşınmaz əmlakdan və 25%-ə qədəri isə yuxarı uzaqlaşma intervalı maksimum 4% olmaqla qızıl alt portfelindən ibarət olmuşdur.
Fondun aktivlərinin struktur dinamikasının təhlili göstərir ki, üç alt portfel üzrə paylanma Fondun 2025-ci il üçün təsdiq edilmiş investisiya siyasətində müəyyən edilmiş hədəf diapazonlarına əsasən ümumilikdə uyğunluq nümayiş etdirmişdir. Bununla belə, Qızıl alt portfeli üzrə il ərzində həyata keçirilmiş əlavə alışlar və beynəlxalq bazarlarda qızılın qiymətinin artması nəticəsində bu alt portfelin ümumi portfeldə xüsusi çəkisi artaraq hədəf diapazonunu üstələmişdir.
2025-ci ilin 9 ayı üzrə ARDNF-nin investisiya portfelinin gəlirliliyi 4,7% olmuşdur. 2025-ci ilin 9 aylıq icra göstəricilərinə əsasən, Fondun vəsaitlərinin idarə olunmasından 4,7% və ya 5 mlrd. 235,7 mln. manat (3 mlrd. 79,8 mln. ABŞ dolları) reallaşdırılmamış gəlir əldə olunmuşdur. Ümumi gəlirlilikdə 3,3% səhmlər alt portfeli, 1,4% isə borc öhdəlikləri və pul bazarı alt portfeli üzrə formalaşmış, Fondun daşınmaz əmlak alt portfelinin gəlirliliyi isə 0% olmuşdur. Fondun hesabat tarixinə büdcədənkənar gəlirləri 8 mlrd. 862,3 mln. ABŞ dolları təşkil etmiş, o cümlədən qızıl üzrə 6 mlrd. 820,1 mln. ABŞ dolları gəlir əldə edilmiş, valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq üzrə gəlir isə ümumilikdə 2 mlrd. 42,2 mln. ABŞ dolları təşkil etmişdir.
Baxış sayı:85
Bu xəbər 12 Yanvar 2026 14:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















