Dövlət qulluqçuları üçün bu müavinət də ləğv EDİLİR
Olke.az saytına istinadən Icma.az xəbər verir.
Dövlət qulluqçuları üçün müalicə müavinəti ləğv edilir.
Ölkə.Az xəbər verir ki, bu, Milli Məclisin qəbul etdiyi "Dövlət qulluğu haqqında" Qanunda və digər qanunvericilik aktlarında edilən dəyişikliklərdə öz əksini tapıb.
Belə ki, dövlət qulluğu sistemində nəzərdə tutulan daha bir dəyişiklik dövlət qulluqçuları üçün müalicə müavinətinin ləğvinə yönəlib.
Mövcud qanunvericiliyə görə, bu müavinət bəzi dövlət orqanlarında çalışan işçilərə hər il məzuniyyətə çıxdıqda və ya il ərzində məzuniyyətə çıxmadıqda əməyin ödənilməsi fondu dairəsində bir aylıq vəzifə maaşı həcmində müalicə üçün verilən müavinətdir.
Qeyd edək ki, sözügedən dəyişikliklər dövlət qulluqçularının əməkhaqqına əlavələrin və dövlət qulluğunda mükafat sisteminin də ləğvini nəzərdə tutur./Trend.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 18 Mart 2026 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















