Icma.az
close
up
RU
Dövlət qulluqçularının maaşının baza hissəsi artırılır

Dövlət qulluqçularının maaşının baza hissəsi artırılır

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Məlum olduğu kimi, dövlət qulluğunda mükafat sistemi, dövlət qulluqçusuna staja, hakimiyyət səlahiyyətinə görə, habelə vəzifə maaşının müəyyən edilmiş misli qədər verilən, dövlət büdcəsi hesabına ödənilən əlavələr, həmçinin dövlət qulluqçuları üçün müalicə müavinəti ləğv edilir.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, dövlət qulluqçularının təminatlarından ləğv edilmiş bu əlavələr onların vəzifə maaşlarının baza hissəsinə daxil edilib.

Sadə dildə desək, köhnə mexanizmlər - həm kollektiv, həm də fərdi mükafatlar ləğv edilərək vəzifə maaşına daxil edilməklə beynəlxalq təcrübədə tətbiq edilən yeni vahid və nəticəyönümlü əməkhaqqı strukturu müəyyən olunur.

Mütəxəssislərin fikrincə, əvvəlki sistemdə dövlət qulluqçusunun əməkhaqqı mürəkkəb və qeyri-şəffaf idi - vəzifə maaşı ümumi gəlirin yalnız 35-45%-ni təşkil edir, qalan hissə isə staja görə əlavə, hakimiyyət səlahiyyətinə görə əlavə, kollektiv/fərdi mükafatlar və digər “misli ilə” ödənişlərdən ibarət olurdu. Bu mexanizmlər motivasiyadan daha çox idarəetmədə qeyri-müəyyənlik yaradırdı. Yeni modeldə isə hər şey sadələşib: aylıq əməkhaqqı indi əsasən vəzifə maaşı (baza), ixtisas dərəcəsinə görə əlavə, əmək şəraiti əlavələri və artıq iş saatları üçün haqdan ibarətdir. Ən əsası isə, yeni modeldə əməkhaqqının vəzifə maaşında ümumi payı artıq cəmi 35-45% deyil, orta hesabla 95%-dən yuxarı təşkil edəcək. Bu isə əməkhaqqının baza hissəsinin kəskin güclənməsi deməkdir.

Müvafiq qanunvericiliyə dəyişikliklərdən sonra mükafatlandırma mexanizmi də yenilənir. Hər il dövlət büdcəsində dövlət qulluqçularının aylıq vəzifə maaşının 3 misli həcmində xüsusi vəsait nəzərdə tutulurdu. Bu vəsait bayram günləri ilə əlaqədar kollektiv mükafatlandırma və xidmətdə fərqlənən şəxslərin fərdi qaydada təltif edilməsi üçün istifadə olunurdu. İndi isə bu mexanizmdən imtina edilir və mükafatlar ləğv edilir.

Digər mühüm addım müalicə müavinətinin ləğvidir. Bəzi dövlət orqanlarında əməkdaşlara hər il məzuniyyətə çıxdıqda və ya məzuniyyət hüququndan istifadə etmədikdə biraylıq vəzifə maaşı həcmində verilən bu müavinət də artıq olmayacaq.

İnzibati təsnifat və ixtisas dərəcələrinə görə ödəniş səviyyələri də optimallaşdırılıb: inzibati vəzifələr üzrə 35, yardımçı vəzifələr üzrə isə 17 səviyyə müəyyən edilib. Staja görə isə 7 ödəniş pilləsi saxlanılıb.

Mütəxəssislər hesab edir ki, bu islahat dövlət qulluğunda motivasiyanı artıracaq və korrupsiya risklərini azaldacaq. Dövlət idarəetmə sistemində korrupsiyaya qarşı mübarizə isə dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Beynəlxalq təcrübə də bunu təsdiqləyir. Məsələn, Sinqapurda əməkhaqqının şəffaf və rəqabətli strukturda qurulması korrupsiyanı minimuma endirib. Yaxud Honq-Konqda dövlət xidmətində əməkhaqqı siyasətinin dəyişdirilməsi ilə bağlı aparılmış araşdırmalar göstərib ki, dövlət qulluqçularının əməkhaqlarının cəmi 10% artırılması rəsmi korrupsiya şikayətlərinin təxminən 4% azalmasına, korrupsiya ilə bağlı cinayət işləri üzrə məhkumluq hallarının isə 7-21% azalmasına səbəb olub. Estoniya və Gürcüstan kimi ölkələrdə də oxşar sadələşdirmələr dövlət idarəçiliyinin keyfiyyətini yüksəldib. Avropa Komissiyasının məlumatına əsasən, bir sıra Avropa ölkələrində dövlət sektorunda əməkhaqqı sistemləri çoxsaylı və mürəkkəb əməkhaqqı strukturlarını sadələşdirmək, vəzifələrin təsnifatına əsaslanan vahid əməkhaqqı modeli yaratmaq və dövlət idarəçiliyinin səmərəliliyini artırmaq məqsədilə modernləşdirilib.

Nəhayət, dövlət qulluqçularının əməyinin ödənişini daha ədalətli və idarəolunan etmək məqsədi daşıyan son dəyişikliklər paketi əməkhaqqı strukturunu sadələşdirmək və şəffaflığı artırmaqla yanaşı, həm də gənc kadrların dövlət xidmətinə cəlbinə yeni stimul yaradacaq. Belə ki, əvvəlki sistemdə dövlət qulluğuna yeni qəbul olunan şəxslərin maaşı əlavələrə görə aşağı olurdu. Təbii ki, bu, gənc kadrların dövlət qulluğuna deyil, özəl sektora axınına səbəb olurdu. İndi isə yüksək baza maaşı dövlət qulluğunu daha cəlbedici edəcək, dövlət qulluğu isə daha rəqabətli olacaq.

Bir sözlə, bu islahat dövlət qulluğunu sadəcə “iş yeri” deyil, peşəkar karyera platformasına çevirir. Şəffaflıq, ədalət və nəticəyönümlülük, korrupsiyaya qarşı maneə, insan resurslarının effektiv idarə edilməsi və ölkədə ümumilikdə idarəçilik keyfiyyətinin yüksəldilməsi baxımından yeni sistemin effektli olacağı şübhə doğurmur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 19 Mart 2026 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see379

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see322

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see317

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see289

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see288

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see272

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see271

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see266

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see261

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see254

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see251

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see250

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see242

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see237

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see236

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see231

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see231

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see224

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see206

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri