Icma.az
close
up
RU
Dövlət qulluqçularının maaşı necə dəyişəcək?

Dövlət qulluqçularının maaşı necə dəyişəcək?

Banco.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu günlərdə “Dövlət qulluğu haqqında” qanunda və müvafiq qanunvericilik aktlarında edilən dəyişikliklər Azərbaycanda dövlət qulluğu sahəsində əməkhaqqı sistemində köklü dəyişikliklərə qərar verildiyini göstərir.

Məlum olduğu kimi, dövlət qulluğunda mükafat sistemi, dövlət qulluqçusuna staja, hakimiyyət səlahiyyətinə görə, habelə vəzifə maaşının müəyyən edilmiş misli qədər verilən, dövlət büdcəsi hesabına ödənilən əlavələr, həmçinin dövlət qulluqçuları üçün müalicə müavinəti ləğv edilir.

Dövlət qulluqçularının təminatlarından ləğv edilmiş bu əlavələr onların vəzifə maaşlarının baza hissəsinə daxil edilib.

Sadə dildə desək, köhnə mexanizmlər – həm kollektiv, həm də fərdi mükafatlar ləğv edilərək vəzifə maaşına daxil edilməklə beynəlxalq təcrübədə tətbiq edilən yeni vahid və nəticəyönümlü əməkhaqqı strukturu müəyyən olunur.

Mütəxəssislərin fikrincə, əvvəlki sistemdə dövlət qulluqçusunun əməkhaqqı mürəkkəb və qeyri-şəffaf idi – vəzifə maaşı ümumi gəlirin yalnız 35-45%-ni təşkil edir, qalan hissə isə staja görə əlavə, hakimiyyət səlahiyyətinə görə əlavə, kollektiv/fərdi mükafatlar və digər “misli ilə” ödənişlərdən ibarət olurdu. Bu mexanizmlər motivasiyadan daha çox idarəetmədə qeyri-müəyyənlik yaradırdı. Yeni modeldə isə hər şey sadələşib: aylıq əməkhaqqı indi əsasən vəzifə maaşı (baza), ixtisas dərəcəsinə görə əlavə, əmək şəraiti əlavələri və artıq iş saatları üçün haqdan ibarətdir. Ən əsası isə, yeni modeldə əməkhaqqının vəzifə maaşında ümumi payı artıq cəmi 35-45% deyil, orta hesabla 95%-dən yuxarı təşkil edəcək. Bu isə əməkhaqqının baza hissəsinin kəskin güclənməsi deməkdir.

Müvafiq qanunvericiliyə dəyişikliklərdən sonra mükafatlandırma mexanizmi də yenilənir. Hər il dövlət büdcəsində dövlət qulluqçularının aylıq vəzifə maaşının 3 misli həcmində xüsusi vəsait nəzərdə tutulurdu. Bu vəsait bayram günləri ilə əlaqədar kollektiv mükafatlandırma və xidmətdə fərqlənən şəxslərin fərdi qaydada təltif edilməsi üçün istifadə olunurdu. İndi isə bu mexanizmdən imtina edilir və mükafatlar ləğv edilir.

Digər mühüm addım müalicə müavinətinin ləğvidir. Bəzi dövlət orqanlarında əməkdaşlara hər il məzuniyyətə çıxdıqda və ya məzuniyyət hüququndan istifadə etmədikdə bir aylıq vəzifə maaşı həcmində verilən bu müavinət də artıq olmayacaq.

İnzibati təsnifat və ixtisas dərəcələrinə görə ödəniş səviyyələri də optimallaşdırılıb: inzibati vəzifələr üzrə 35, yardımçı vəzifələr üzrə isə 17 səviyyə müəyyən edilib. Staja görə isə 7 ödəniş pilləsi saxlanılıb.

Mütəxəssislər hesab edir ki, bu islahat dövlət qulluğunda motivasiyanı artıracaq və korrupsiya risklərini azaldacaq. Dövlət idarəetmə sistemində korrupsiyaya qarşı mübarizə isə dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Beynəlxalq təcrübə də bunu təsdiqləyir. Məsələn, Sinqapurda əməkhaqqının şəffaf və rəqabətli strukturda qurulması korrupsiyanı minimuma endirib. Yaxud Honq-Konqda dövlət xidmətində əməkhaqqı siyasətinin dəyişdirilməsi ilə bağlı aparılmış araşdırmalar göstərib ki, dövlət qulluqçularının əməkhaqlarının cəmi 10% artırılması rəsmi korrupsiya şikayətlərinin təxminən 4% azalmasına, korrupsiya ilə bağlı cinayət işləri üzrə məhkumluq hallarının isə 7-21% azalmasına səbəb olub. Estoniya və Gürcüstan kimi ölkələrdə də oxşar sadələşdirmələr dövlət idarəçiliyinin keyfiyyətini yüksəldib. Avropa Komissiyasının məlumatına əsasən, bir sıra Avropa ölkələrində dövlət sektorunda əməkhaqqı sistemləri çoxsaylı və mürəkkəb əməkhaqqı strukturlarını sadələşdirmək, vəzifələrin təsnifatına əsaslanan vahid əməkhaqqı modeli yaratmaq və dövlət idarəçiliyinin səmərəliliyini artırmaq məqsədilə modernləşdirilib.

Nəhayət, dövlət qulluqçularının əməyinin ödənişini daha ədalətli və idarəolunan etmək məqsədi daşıyan son dəyişikliklər paketi əməkhaqqı strukturunu sadələşdirmək və şəffaflığı artırmaqla yanaşı, həm də gənc kadrların dövlət xidmətinə cəlbinə yeni stimul yaradacaq. Belə ki, əvvəlki sistemdə dövlət qulluğuna yeni qəbul olunan şəxslərin maaşı əlavələrə görə aşağı olurdu. Təbii ki, bu, gənc kadrların dövlət qulluğuna deyil, özəl sektora axınına səbəb olurdu. İndi isə yüksək baza maaşı dövlət qulluğunu daha cəlbedici edəcək, dövlət qulluğu isə daha rəqabətli olacaq.

Bir sözlə, bu islahat dövlət qulluğunu sadəcə “iş yeri” deyil, peşəkar karyera platformasına çevirir. Şəffaflıq, ədalət və nəticəyönümlülük, korrupsiyaya qarşı maneə, insan resurslarının effektiv idarə edilməsi və ölkədə ümumilikdə idarəçilik keyfiyyətinin yüksəldilməsi baxımından yeni sistemin effektli olacağı şübhə doğurmur.

APA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://banco.az
archiveBu xəbər 19 Mart 2026 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see358

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see336

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see330

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see329

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see300

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see295

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see287

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see268

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see262

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see250

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see241

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see239

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see220

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see209

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see201

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see196

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see195

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see193

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri