Icma.az
close
up
RU
Dövlət qurumları effektli işləmir Bu İcra Hakimiyyəti Omudsmanı aldadır!

Dövlət qurumları effektli işləmir Bu İcra Hakimiyyəti Omudsmanı aldadır!

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

 Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov tərəfindən Moderator.az-a daxil olmuş şikayətdə qeyd edilir ki, 28 ildir Azərbaycan istehlakçılarının hüquqlarını tam təmənnasız qoruyan, 1998-ci ildən beynəlxalq istehlakçı təşkilatı “Consumers International”ın üzvü olaraq ölkəmizi dünyada təmsil edən AİİB, “Yeni Ailə” MTK ilə məhkəmədə görüşmək məcburiyyətində qalıb.

Birliyin sədri bildirib ki, bunun səbəbi uzun illərdir ki, təşkilatın ofisinin yerləşdiyi Süleyman Rəhimov küçəsi 201, mənzil 10 ünvanındakı mənzil sökülməsi, müqaviləyə görə əvəzində təhvil veriləcək sahə isə 7 ildir tamamlanmır. MTK öhdəsinə götürdüyü icarə haqqını da 2024-cü ilin yanvarından ödəməkdən imtina edib. Hazırda təşkilat MTK-dan 17 min manat tələb edir.

Müqavilə 2018-ci ilin oktyabrında AİİB sədrinin oğlu Fuad Hüseynovla MTK nümayəndəsi Ziya Hacıyev arasında bağlanıb. Sənədə əsasən, bina 2020-ci ildə təhvil verilməli idi, lakin hələ də tikinti yekunlaşmayıb.

E. Hüseynov bildirib ki, Nəsimi Rayon İcra Hakimiyyətində keçirilən görüşdə MTK-nın müxtəlif “sahibləri” ortaya çıxıb. Kimisi icarə haqqını ödəməyəcəklərini, kimisi sahəni təhvil verməyəcəklərini açıq elan edib. Vətəndaşa qarşı MTK təmsilçilərinin demarşı dövlət qurumunda baş verib.  İcra Hakimiyyətinin rəsmiləri MTK təmsilçilərinin bu qanunsuz açıqlamalarına göz yumublar.

Ən son ümid kimi müraciət edilən Ombudsman Aparatına da Nəsimi Rayon İcra Hakimiyyətindən yanlış məlumatlar verilib. 03.09.2025-ci il tarixli cavab məktubunda guya MTK-nın qeyri-yaşayış sahələrini sahiblərinə təhvil verdiyi bildirilib. Bu isə açıq yalandır – bina nə dövlət tərəfindən qəbul olunub, nə də sakinlərə təhvil verilib.

Hazırda tikintidə qaz, su, elektrik problemi qalır. MTK isə eyni vaxtda şəhərin başqa ərazilərində yeni layihələrə start verib. 

Verilən məlumata görə, dövlətini sevən, sadə vətəndaş və ictimai xadim olaraq dəfələrlə televiziya vasitəsilə bu problemin işıqlandırılmasına çalışıb. Amma nə İcra Hakimiyyəti, nə də MTK bundan təsirlənib. Sonda 05.09.2025-ci ildə məhkəməyə müraciət etməyə məcbur olub.

Şikayətçi sonda qeyd edib ki, 200-dən çox ailəni ağır vəziyyətə salan bir MTK-nı qorumaqla, Nəsimi Rayon İcra Hakimiyyəti faktiki olaraq vətəndaşların deyil, biznes maraqlarının tərəfində dayanır. Dövlət qurumunun belə davranışı isə həm utancverici, həm də qeyri-qanunidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:32
embedMənbə:https://moderator.az
archiveBu xəbər 11 Sentyabr 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see242

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see187

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see185

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see178

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see148

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri