Icma.az
close
up
RU
Dövlət qurumlarının adlandırılmasında terminlərin təsadüfi seçilməsi yolverilməzdir”

Dövlət qurumlarının adlandırılmasında terminlərin təsadüfi seçilməsi yolverilməzdir”

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

““Azəri” məsələsi terminoloji olmaqla yanaşı, həm də tarixi, ideoloji və siyasi məsuliyyət tələb edən mövzudur. Bu sözə münasibət elmi-faktoloji və milli yaddaş müstəvisində müəyyənləşdirilməni haqq edir. Öncə bir həqiqəti açıq demək lazımdır: “Azəri” sözü Azərbaycan xalqının etnik kimliyini ifadə edən əsas anlayış deyil. Bizim tarixi-milli kimliyimiz türk kimliyidir. Dilimiz türk dilləri ailəsindəndir, mədəniyyətimiz kökdən türk mədəniyyətidir, son min il üzrə götürsək, türk-islam mədəniyyətidir, dövlətçilik gələnəyimiz türk dövlətçilik düşüncəsinə söykənir. Bu baxımdan, “Azəri” anlayışının bizi etnik baxımdan ayrıca bir xalq kimi təqdim etməsi elmi əsaslardan daha çox, sonradan formalaşdırılmış siyasi terminologiyaya dayanır”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Beynəlxalq “ALAŞ” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı deyib.

O qeyd edib ki, “Azəri” sözü tarixən mövcud olub, amma etnonim kimi yox, daha çox coğrafi-administrativ, bəzən də dini-mədəni anlam daşımış ola bilər: “Orta yüzillik qaynaqlarında “Azəri” ifadəsi Atropatena bölgəsi, yaxud bu ərazidə danışılan bəzi dialektlər üçün işlədilib. Lakin bu termin heç vaxt müstəqil xalq adı səviyyəsinə qalxmayıb. Özəlliklə XIX–XX yüzilliklərdə, imperiyalar dönəmində bu anlayışdan türk kimliyini parçalamaq və zəiflətmək məqsədilə istifadə olunub. Bu anlamda, Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında deputat Səyyad Aranın səsləndirdiyi fikirlərdə ciddi bir milli həssaslıq və haqlı narahatlıq var. Dövlət qurumlarının adlandırılmasında terminlərin təsadüfi seçilməsi yolverilməzdir. “Azəriqaz” kimi adlar sovet dönəminin inzibati düşüncəsinin məhsuludur və bu gün onların yenidən dəyərləndirilməsi tamamilə legitimdir. Ancaq burada bir məqamı da dəqiqləşdirməliyik: “Azəri” sözünü işlədən hər kəs avtomatik olaraq milli kimliyimizə qarşı mövqe tutmuş sayılmamalıdır. Bu termin uzun illər rəsmi sənədlərdə, beynəlxalq dövriyyədə istifadə olunub və müəyyən vərdişlər formalaşdırıb. Problem sözün harada və hansı anlam yükü ilə işlədilməsindədir”.

Ə.Qoşalı əlavə edib ki, əgər “Azəri” sözü bizi türk dünyasından ayıran, kimliyimizi daraldan, tarixi köklərimizi kölgəyə salan anlayış kimi təqdim edilirsə – bu, əlbəttə, qəbulolunmazdır: “Uzun sözün qısası, dövlət qurumlarının adlandırılmasında milli kimliyə zidd anlam yaradan terminlər yenidən nəzərdən keçirilməsi yaxşı olardı. Bu, nə kiməsə qarşı yönəlmiş kampaniyadır, nə də söz ovudur. Bu, milli yaddaşın bərpası, anlayışların yerinə qaytarılması və öz adımıza, öz kimliyimizə yiyə durmaq məsələsidir. Dövlət dili, milli terminologiya və rəsmi adlar – bunlar millətin özünüdərk güzgüsü kimi xarakterizə oluna bilər”.

Röya İsrafilova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:319
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 23 Yanvar 2026 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri