Dövlət qurumlarının minifutbol turniri
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Noyabrın 28-də Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında V minifutbol turnirinin açılış mərasimi keçirilib.
Bakı Tennis Akademiyasında təşkil olunan tədbir iştirakçı komandaların təqdimatı ilə başlayıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Minifutbol Federasiyasının icraçı vitse-prezidenti Taleh Nəsibov çıxış edərək komandaların hər birinə uğurlar arzulayıblar.
Daha sonra ötən turnirin maraqlı anlarını əks etdirən videoçarx nümayiş olunub. Ardınca real aykido, kapoeyra və breykdans üzrə nümunəvi çıxışlar təqdim edilib. Turnir açıq elan olunduqdan sonra ilk turun oyunu keçirilib. “D” qrupunda SOCAR və “Azərenerji” ASC komandaları üz-üzə gəlib. Qarşılaşma SOCAR komandasının 8:0 hesablı qələbəsi ilə başa çatıb.
Qabil YUSİFOĞLU
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 28 Noyabr 2026 19:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















