Dövlət qurumlarının əməkdaşları arasında keçirilən bilyard yarışı başa çatıb
Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dövlət qurumlarının əməkdaşları arasında keçirilən bilyard yarışına yekun vurulub.
"Report"un məlumatına görə, Gənclər və İdman Nazirliyi, Azərbaycan Bilyard Federasiyasının birgə təşkilatçılığı ilə kişilər və qadınlar arasında keçirilən, iki gün davam edən turnirdə 23 dövlət qurumundan 43 əməkdaş iştirak edib.
Qadınlar arasında Türkan İbadova ("İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi) fəxri kürsünün ən yüksək pilləsində yer alıb. İlahə Hacıyeva və Fatimə Quliyeva (hər ikisi SOCAR) müvafiq olaraq ikinci və üçüncü yeri tutublar..
Kişilər arasında Elnur Quliyev (İqtisadiyyat Nazirliyi) birinci olub. Fətəli Səfərov (Nazirlər Kabineti) yarışı ikinci, Toğrul Mahmudov (SOCAR) isə üçüncü pillədə başa vurublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 09 Dekabr 2024 10:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















