Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı FOTO
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
Bu gün dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı təşkil olunub.
İdman.biz xəbər verir ki, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Qolf Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda 9 dövlət qurumunu təmsil edən 23 əməkdaş (15 kişi, 8 qadın) iştirak edib.
Yarışın nəticələrinə əsasən, qadınlar arasında birinci yerə Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Aysel Kazımova, ikinci yerə SOCAR-ın əməkdaşı İlahə Hacıyeva, üçüncü yerə isə “AzerGold” QSC-nin təmsilçisi Nərgiz Alıyeva layiq görülüblər.
Kişilər arasında qalib adını Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Elvin Məmmədov qazanıb. İkinci yerə Dövlət Miqrasiya Xidmətindən Sirac Mahmudov, üçüncü yerə isə Dövlət Gömrük Komitəsinin nümayəndəsi Vasif Qurbanov sahib olublar.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 15 İyun 2025 17:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















