Dövlət qurumu 90 min əlcək alır ŞƏRTLƏR
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) struktur idarələrinə tələb olunan müxtəlif təyinatlı əlcəklərin satın alınması barədə tender elan edib.
Modern.az verir ki, tender çərçivəsində müxtəlif təyinatlı ümumilikdə 92 mindən artıq əlcək alınacaq.
Bunlar gündəlik adi işlər üçün əlcəklər, qaynaq işləri üçün, uzun qol əlcəklər, takelaj işləri/buraz dartma üçün əlcəklər, elektrik işləri üçün əlcəklər, nitrili əlcək bərk manjetli, dielektrik əlcək və sair aiddir (Tam siyahı burada).
Satınalmanın ehtimal olunan qiyməti 90 min manatdır.
Bildirilir ki, təkliflər aprelin 13-ü saat 14-dək qəbul ediləcək. Əlcəklərin istehsal ili minimum 2025-ci il olmalıdır. Ödəniş yalnız fakt üzrə qəbul edilir. Təchizatçılar tərəfindən müvafiq mənşə və test sertifikatları təqdim edilməlidir.
Təklifində malların adı, qısa təsviri, istehsal olunduğu və ya gətirildiyi ölkə, istehsalçı firması, markası və modeli, əmtəə nişanı, həcmi və qiyməti dəqiq göstərilməyən, vergilər daxil edilməyən bütün təkliflər, habelə “Mallara dair tələblər” bölməsindəki cədvəldə qeyd olunan parametrlərə uyğun gəlməyən mallar təqdim etmiş təchizatçılar satınalma prosedurundan kənarlaşdırılır. Tenderdə iştirak haqqı 180.57 AZN-dir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 13 Aprel 2026 09:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















