Icma.az
close
up
RU
Dövlət satınalmaları şəffaflığa əsaslanır

Dövlət satınalmaları şəffaflığa əsaslanır

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

6 ayda 1,6 milyard manatlıq elektron əməliyyat aparılıb

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi dövlət satınalmalarının rəqabətlilik və əlçatanlıq prinsipləri əsasında təşkili, satınalma proseslərində qanunvericiliyə riayət olunmasına nəzarət və büdcə vəsaitlərindən səmərəli istifadənin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir.

Qurumdan verilən məlumata görə, 2025-ci ilin birinci yarısında elektron satınalmaların həcmi 1 milyard 632,7 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 177 milyon manat və ya 12,2 faiz artım deməkdir. Müsbət dinamika dövlət satınalmalarının “E-tender.gov.az” vahid internet portalında funksionallığın genişləndirilməsi, prosedurların sadələşdirilməsi, təchizatçıların prosesə daha rahat qoşulması və rəqabət imkanlarının artması ilə bağlıdır.

Hesabat dövründə elektron satınalmalar nəticəsində dövlət büdcəsinə qənaət edilmiş məbləğ ötən ilin müvafiq dövrünə nəzərən 38,6 faiz artaraq 329,2 milyon manat təşkil edib. Əldə olunan nəticələr dövlət vəsaitlərinin məqsədyönlü istifadəsi ilə əlavə xərclərin minimallaşdırılması və maliyyə intizamının gücləndirilməsi hesabına təmin edilib.

Bu ilin 6 ayı ərzində açılışı baş tutmuş satınalmalar üzrə orta iştirakçı sayı açıq tender metodu üzrə 4,3, kotirovka sorğusu metodu üzrə 3,4 olmaqla, ümumilikdə 3,7 təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə açılışı baş tutmuş satınalmalarda orta iştirakçı sayı, ümumilikdə, 2,8 faiz artıb, o cümlədən açıq tender metodu üzrə 7,5 faiz artım qeydə alınıb, kotirovka sorğusu metodu üzrə isə bu göstərici ötən ilin müvafiq dövrünün göstəricisi ilə eynilik (3,4) təşkil edib. Göründüyü kimi, çoxiştirakçılığın təmin edilməsi satınalma proseslərində sahibkarların bərabər imkanlarla iştirakına və bazara çıxış imkanlarının genişlənməsinə şərait yaradır. Bu isə sahibkarlıq mühitinin inkişafına və iqtisadi fəallığın artmasına töhfə verir.

Bundan əlavə, dövlət satınalmalarında şəffaflığın təmin edilməsi və ədalətli rəqabət mühitinin qorunması, o cümlədən müraciətlərin çevik emalı istiqamətində müntəzəm tədbirlər görülüb. Satınalan təşkilatlar tərəfindən müxtəlif maneələrin yaradılması ilə əlaqədar agentliyə daxil olan 789, digər məsələlərlə əlaqədar isə 239 müraciətə baxılıb. Müsabiqə zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkar olunan 501 yekun protokol ləğv edilib.

Təchizatçıların dövlət satınalmalarında iştirakının daha da asanlaşdırılması və sənədləşmə prosesinin sürətləndirilməsi məqsədilə müxtəlif dövlət qurumlarından tələb olunan sənədlərin “E-tender.gov.az” portalı vasitəsilə real vaxt rejimində əldə olunması üçün agentlik tərəfindən Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Ədliyyə və Daxili İşlər nazirlikləri ilə inteqrasiyalar həyata keçirilib.

Bununla yanaşı, portalda satınalma komissiyası tərəfindən şərtlər toplusunun elektron şəkildə qanunvericiliyin bütün tələbləri nəzərə alınmaqla yaradılması, uzadılmış satınalmalarda verilmiş təkliflərin avtomatik olaraq yeni versiyaya köçürülməsi, yenidən yaradılmış satınalmaların əvvəlki ləğv edilmiş versiyalarla sistem daxilində əlaqələndirilməsi və portal istifadəçiləri üçün keçid imkanının təmin edilməsi və s. kimi yeni funksionallıqlar əlavə edilməklə təkmilləşdirmələr aparılıb.

Hesabat Azərbaycan Respublikasının Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının əmtəə bazarının səmərəliliyi və rəqabət işçi qrupunun Fəaliyyət Planının tələblərinə əsasən hazırlanıb. Yeri gəlmişkən, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” ölkə Prezidentinin 2016-cı il 13 iyul tarixli sərəncamı ilə yaradılıb. Komissiyanın əmtəə bazarının səmərəliliyi və rəqabət işçi qrupuna rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi həyata keçirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Avqust 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see363

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see333

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see315

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see259

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see253

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see245

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see233

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see212

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see207

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see198

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see197

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see190

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see185

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see184

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see179

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see176

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see171

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see171

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see162

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri