Dövlət siyasəti yalnız qısa müddətli məqsədlərə deyil, uzunmüddətli perspektivə əsaslanır
Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə zamanı açıqlamalarında diqqət çəkən vacib məqamlardan biri milli kimlik və tarixi irsə vurğu edilməsidir. Bu, yalnız mədəni mesaj deyil, həm də siyasi və sosial stabillik üçün vacib bir elementdir”.
Newscenter.az xəbər verir ki, bunları politoloq Yusif Bağırzadə deyib. O bildirib ki, milli dəyərlərin ön plana çıxarılması ictimai dəstəyi gücləndirir və cəmiyyətin uzunmüddətli sabitliyinə töhfə verir:
“Eyni zamanda, bu yanaşma, ölkənin xarici tərəfdaşları qarşısında milli maraqlarını qorumaq üçün mövqeyini də möhkəmləndirir.
Prezidentin açıqlamalarında həmçinin informasiya və kommunikasiya strategiyasının əhəmiyyəti ön plana çıxır. Mesajlar aydın, ardıcıl və çoxşaxəlidir, bu da həm daxili, həm də xarici auditoriya üçün dövlət siyasətinin proqnozlaşdırıla bilən olduğunu göstərir. Burada əsas mesaj aydındır: Azərbaycan stabil, planlı və uzunmüddətli siyasət yürüdür, həm regionda, həm də beynəlxalq səviyyədə etibarlı tərəfdaşdır”.
Politoloq qeyd edib ki, ümumilikdə, Prezidentin açıqlamaları bir neçə səviyyədə təhlil oluna bilər:
“Daxili siyasətdə sosial rifah və legitimlik, xarici siyasətdə strateji balans və milli maraqların qorunması, regionda və qlobal səviyyədə etibarlı əməkdaşlıq, həmçinin milli kimlik və tarixi irsin qorunması. Bu açıqlamalar göstərir ki, dövlət siyasəti yalnız qısa müddətli məqsədlərə deyil, uzunmüddətli perspektivə əsaslanır”.
Süleyman
Bu mövzuda digər xəbərlər:Dövlət satınalmaları şəffaflığa əsaslanır
26 Avqust 2025 10:36
Ankara və Bakının siyasəti “Bir millət, iki dövlət” tezisinə əsaslanır Yaşar Gülər
31 Dekabr 2024 14:42
Azərbaycanın xarici siyasəti prinsiplərə əsaslanır Deputat
01 Sentyabr 2025 13:02
Büdcə siyasəti də vahidlik prinsipinə əsaslanır
16 Dekabr 2024 11:22
Azərbaycan BƏƏ münasibətləri uzunmüddətli strateji baxışa əsaslanır
18 Dekabr 2025 18:15
Baxış sayı:105
Bu xəbər 06 Yanvar 2026 15:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















