Icma.az
close
up
RU
Dövlət Simli Kvartetinin Kamera musiqisi axşamı adlı özünəməxsus konserti baş tutub FOTO

Dövlət Simli Kvartetinin Kamera musiqisi axşamı adlı özünəməxsus konserti baş tutub FOTO

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kamera və Orqan Musiqisi Zalının səhnəsində Azərbaycan Dövlət Simli Kvartetinin "Kamera musiqisi axşamı" adlı özünəməxsus konserti baş tutub.
Proqramda D.Şostakoviç 8 saylı simli kvartet c-moll (op.110) və F.Əlizadə "Muğamsayağı" əsərləri səslənib.

Qeyd edək ki, kvartetin davamlı olaraq bir-birinin ardınca maraqlı proqram təqdim etməsi  diqqətəlayiqdir. 
İfa edilən hər bir əsərdə səslərin ahəngi, musiqi materialının dinləyiciyə dolğun şəkildə çatdırılması və kvartetin hər bir üzvünün özünəxas səhnə mədəniyyəti ifaçıların peşəkarlığının göstəricisidir.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadənin muğam ilə müasir musiqi intonasiyalarının vəhdət şəklində təqdim olunduğu simli kvartet, zərb alətləri və sintezator (maqnit lenti) üçün yazılmış "Muğamsayağı" (1993) əsərinin səslənməsi isə dinləyicilərə böyük zövq bəxş etdi. Əsərdə Şərq-Qərb sintezi çox maraqlı tərzdə öz əksini tapıb. Musiqidəki dərin fəlsəfi psixoloji aləm, təzadlılıq, improvizə xüsusiyyətləri  və eyni zamanda meditativ səslənmə ifaçılar tərəfindən yüksək ustalıqla ifa olundu. 
Kvartet üzvlərinin əsər boyu müxtəlif bölmələrdə zərb alətlərində (tam-tam və üçbucaq) də ifa etməsi akustik və səhnə görünüşü baxımından olduqca maraqlı və təqdirəlayiq idi.Bu kvartetə eyni zamanda yeni səs imkanları qazandırdı. Fəlsəfi məna kəsb edən bu əsər violonçelin solosu ilə başlayaraq, həmin solo intonasiya ilə tamamlandı.Ümumilikdə kvartetin ifası muğam üçlüyünə xas ahəngli səslənməni yaratdı.Sonda qonaq qismində iştirak edən bəstəkar F.Əlizadə kvartetin hər bir üzvünü təbrik edərək, onlara öz təşəkkürünü bildirdi.
Beləliklə maraqlı "Kamera musiqisi axşamı" böyük anşlaqla yekunlaşdı.
Qeyd etmək lazımdır ki, Azərbaycan Dövlət Simli Kvarteti 1998-ci ildə yaradılıb.
epertuarı Azərbaycan və xarici bəstəkarların klassik və çağdaş əsərləri ilə zəngindir.
Simli kvartetin tərkibi Respublika və beynəlxalq müsabiqələr laureatı Nəzrin Aslanlı (I violin), Xəyalə Abdullayeva (II violin), Azərbaycan Respublikasının Əməkdar artistləri Vaxtanq İmanov (viola) və Aleksey Miltıx (violonçel) kimi dəyərli ifaçılardan ibarətdir.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:72
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 04 İyul 2025 23:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni dərman zavodu açıldı

24 Noyabr 2025 09:43see307

Fahişəliklə məşğul olanlar 500 manat cərimə ediləcək KONKRET

24 Noyabr 2025 10:37see249

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see239

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see175

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see169

Əhməd Rəcəblidə partlayış oldu

24 Noyabr 2025 09:35see158

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see145

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see145

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see142

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see141

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see141

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see139

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see138

Slot: “Məsuliyyət məndədir”

24 Noyabr 2025 09:14see137

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see135

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see134

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see131

“Bu axşam bunu etmək mümkün olmayacaq” Vitaliy Borisovun ə AÇIQLAMASI

24 Noyabr 2025 15:26see130

Hikmət Hacıyev: Çoxşaxəli əməkdaşlıq aparır KONKRET

24 Noyabr 2025 13:41see129

Azərbaycanda Peşəkar Mühasib Sertifikatı əldə edənlərin sayı 6,2 mini keçib

24 Noyabr 2025 15:52see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri