Icma.az
close
up
RU
Dövlət Statistika Komitəsində mətbuat konfransı

Dövlət Statistika Komitəsində mətbuat konfransı

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dünən Dövlət Statistika Komitəsində Ümumdünya Statistika Günü ilə bağlı mətbuat konfransı və statistik olimpiadanın qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Məclisi giriş sözü ilə açan Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib ki, rəsmi statistikaya olan inam və etibarın qorunub saxlanılması, statistik məlumatların vaxtında və keyfiyyətlə hazırlanaraq istifadəçilərə təqdim edilməsi bu gün statistiklərin qarşısında duran ən mühüm vəzifədir. Azərbaycanın milli statistika sistemi də son illər ərzində daim tərəqqiyə can atmış, ciddi islahatlar yolu ilə yeni tələblərə uyğun inkişaf etdirilib.

Azərbaycanda milli statistika sisteminin inkişafının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyən komitə sədri əlavə edib ki, ölkədə onun rəhbərliyi ilə yaradılmış hüquqi baza əsasında bazar iqtisadiyyatı prinsiplərinə uyğun milli statistika sisteminin formalaşdırılması prosesinə başlanılmış, sonrakı illərdə davam etdirilən islahatlar rəsmi statistikanın inkişafına güclü təkan vermiş, bu sahədə ardıcıl qəbul olunmuş 6 dövlət proqramı uğurla icra edilib.

Azərbaycanın da həmmüəllif kimi qoşulduğu BMT Baş Assambleyasının 2015-ci il 3 iyun tarixli qətnaməsinə uyğun olaraq, 5 ildən bir keçirilən Ümumdünya Statistika Günü ölkəmizdə də təntənəli şəkildə qeyd edilir. Bu beynəlxalq gün qlobal mütərəqqi təşəbbüslərə böyük önəm və töhfə verilən ölkəmizdə ilk dəfə 2015-ci ildə keçirilib.

Vətən müharibəsində möhtəşəm Zəfərimizin 5-ci ildönümü günlərində Ümumdünya Statistika Gününün ölkəmizdə daha yüksək səviyyədə qeyd olunması məqsədilə Dövlət Statistika Komitəsində xüsusi tədbirlər planı hazırlanıb. Komitənin rəsmi internet səhifəsində xüsusi bölmə yaradılıb, mediada çıxışlar edilib, “Statistika xəbərləri” elmi-praktik jurnalının xüsusi buraxılışı hazırlanıb.

Komitə sədri qeyd edib ki, sentyabrın 24-26-da isə Bakıda “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda III Beynəlxalq Statistika Forumu keçirilib. Prezident İlham Əliyev forum iştirakçılarına ünvanlandığı müraciətdə statistikanın əhəmiyyətinin ildən-ilə artaraq cəmiyyətin tərəqqisini, dövlət siyasətinin effektivliyini və qlobal çağırışlara cavabvermə qabiliyyətini qiymətləndirmək üçün mühüm vasitələrdən birinə çevrildiyi vurğulayıb. Ümumdünya Statistika Günü münasibətilə dövlət başçısının təbriki isə statistikləri ruhlandırmaqla yanaşı, ölkəmizin gələcəyi naminə düzgün qərarların qəbul olunması üçün statistika məlumatlarının vaxtında və keyfiyyətlə hazırlanması ilə bağlı məsuliyyətimizi daha da artırır.

Ötən illərdə qazanılmış uğurlardan söz açan Tahir Budaqov xatırladıb ki, statistika şəbəkəsində milli statistik təsnifatların, müasir metodologiyaların hazırlanması və tətbiqi, Milli Hesablar Sisteminin qurulması, yeni statistika sahələrinin yaradılması və təkmilləşdirilməsi, istifadəçilərin statistik məlumatlara olan tələbatının ödənilməsi, elektron statistikanın inkişafı, sahibkarların üzərinə düşən statistik yükün azaldılması, rəsmi statistika istehsalı proseslərinin səmərəliliyinin yüksəldilməsi, keyfiyyəti idarəetmə sisteminin tətbiqi, metaməlumatların işlənilməsi, statistika orqanlarının maddi-texniki bazasının gücləndirilməsi və s. istiqamətlərdə mühüm tədbirlər gerçəkləşdirilib.

Xarici ekspertlər həyata keçirilən islahatları yüksək qiymətləndirərək Azərbaycanın milli statistika sisteminin beynəlxalq standartlara uyğun olduğunu qeyd edib, Dövlət Statistika Komitəsi “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində nüfuzlu beynəlxalq audit təşkilatları tərəfindən ISO 9001:2015 Keyfiyyəti İdarəetmə Sisteminə dair beynəlxalq uyğunluq sertifikatına layiq görülüb. Komitə Azərbaycanda bu uyğunluq sertifikatına layiq görülən ilk mərkəzi icra hakimiyyəti orqanı olmaqla yanaşı, MDB məkanında da bu sertifikatı əldə edən ilk statistika qurumudur.

Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarının icra vəziyyətinin “Dövlət Nəzarəti İnformasiya Sistemi” vasitəsilə qiymətləndirilməsinin nəticələrinə görə Dövlət Statistika Komitəsi son illərdə mərkəzi icra hakimiyyəti orqanları arasında 1-ci mövqedə qərarlaşıb. Dövlət Statistika Komitəsi 2026-2030-cu illərdə rəsmi statistikanın inkişafına dair növbəti hədəfləri də artıq müəyyən edib.

Komitə sədri çıxışının sonunda fəaliyyət göstərdiyi sahədən asılı olmayaraq rəsmi statistika istehsalı prosesinə öz töhfəsini verən hər bir şəxsi bu əlamətdar gün münasibətilə təbrik edib, onlara işlərində uğurlar arzulayıb.

Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini İdris İsayev Ümumdünya Statistika Günü ilə bağlı Dövlət Statistika Komitəsi tərəfindən gənclər arasında statistikaya marağın artırılması, onların statistik biliklərə malik istedadlı gənclərin aşkar edilərək həvəsləndirilməsi məqsədilə yuxarı sinif şagirdləri və ali məktəb tələbələri arasında keçirilən statistik olimpiadanın önəmindən danışıb.

Statistik olimpiadanın yekunları barədə məlumat verən Dövlət Statistika Komitəsi sədrinin müavini, təşkilat komitəsinin sədri Yusif Yusifov qeyd edib ki, olimpiadada ümumilikdə 3 min 355 nəfər şagird, 198 nəfər tələbə iştirak edib. Qusar rayonu Hil kəndi tam orta məktəbinin şagirdi Günel Qurbanova 1-ci, Kəngərli rayonu Qıvraq qəsəbə tam orta məktəbinin şagirdi Suat Novruzov 2-ci, İmişli şəhəri 7 nömrəli tam orta məktəbinin şagirdi Əli Alışov 3-cü Ali Neft Məktəbinin tələbələri Murad Xəlilli 1-ci, Arif Aslanov 2-ci, Aqrar Universitetin tələbəsi Ülvi Hacıyev 3-cü yeri tutublar.

Statistik olimpiadanın final mərhələsinə keçmiş tələbə və şagirdlərə sertifikat və hədiyyələr, olimpiadanın qaliblərinə isə diplom və hədiyyələr təqdim olunub.

Daha sonra Prezident İlham Əliyevin sərəncamı ilə təltif edilmiş komitə əməkdaşlarına orden və medallar təqdim olunub.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:306
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Oktyabr 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see299

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see294

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see285

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see272

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see264

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see262

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see247

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see236

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see230

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see222

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see210

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see207

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see197

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see190

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri