Dövlət Suverenliyi Günü ilə əlaqədar işğaldan azad edilmiş ərazilərə yürüş təşkil edilib
Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Milli Məclisin bir qrup deputatı və Parlament Aparatının əməkdaşları “Konstitusiya və Suverenlik ili” çərçivəsində Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə yürüş ediblər.

Newscenter.az xəbər verir ki, bu ərazilərə ilk dəfə təşkil olunan bu yürüşdə Milli Məclisin komitə sədri Şahin İsmayılov, deputatlardan Şahin Seyidzadə, Sabir Hacıyev, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev və Aparatın bir qrup əməkdaşı iştirak ediblər. Yürüş Daşaltı dərəsindən keçən eyniadlı çay boyunca həyata keçirilib.

Hazırda bu marşrutun keçdiyi ərazilərdə geniş abadlıq işləri aparılır. Şübhəsiz ki, yaxın gələcəkdə azad Qarabağın bu ərazisi də təbiətsevərlərin sevimli məkanlarından biri olacaq.
Süleyman
Bu mövzuda digər xəbərlər:Azərbaycanın Dövlət Suverenliyi Günü ilə əlaqədar İslamabadda seminar təşkil olunub
18 Sentyabr 2025 17:27
20 sentyabr Azərbaycanın Dövlət Suverenliyi Günü
16 Sentyabr 2025 09:18
Nərimanovda Dövlət Suverenliyi Günü qeyd edildi
19 Sentyabr 2025 11:49
Dövlət İdarəçilik Akademiyasında Dövlət Suverenliyi Günü qeyd olunub
18 Sentyabr 2025 17:34
Dövlət Suverenliyi Günü ‒ Azərbaycan xalqının şanlı zəfər günü
18 Sentyabr 2025 15:35
Baxış sayı:101
Bu xəbər 25 Sentyabr 2025 20:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















