Icma.az
close
up
RU
Azərbaycanın Dövlət Suverenliyi Günü ilə əlaqədar İslamabadda seminar təşkil olunub

Azərbaycanın Dövlət Suverenliyi Günü ilə əlaqədar İslamabadda seminar təşkil olunub

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 18 sentyabr, AZƏRTAC

Azərbaycan Pakistandakı səfirliyinin təşəbbüsü ilə bu ölkənin ən nüfuzlu universitetlərindən olan Müasir Dillər Universitetində (NUML) “Suverenlik və Konstitusiya: Dövlətçiliyin möhkəmləndirilməsi” mövzusunda seminar keçirilib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, seminar Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması, habelə 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə əlaqədar təşkil olunub. Ali təhsil ocağının müəllim-tələbə heyətinin, beyin mərkəzlərinin nümayəndələrinin, media və QHT təmsilçilərinin qatıldıqları seminarda çıxış edən Azərbaycan səfiri Xəzər Fərhadov “Konstitusiya və Suverenlik İli” və 20 Sentyabr – Dövlət Suverenliyi Gününün mahiyyəti ilə bağlı geniş məlumat verib. Bildirilib ki, Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış Azərbaycanın ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil edib.

Bu il qəbulunun 30 illiyini qürurla qeyd etdiyimiz Konstitusiyamızının preambulasında başlıca niyyətlərdən biri kimi bəyan edilən Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması haqqında danışan diplomat diqqətə çatdırıb ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin 30 ilə yaxın işğal altında qalması Azərbaycanın suveren hüquqlarının həmin ərazilərdə tətbiqinə imkan verməyib. 2020-ci il payızında Vətən müharibəsindəki tarixi Qələbə və 2023-cü il sentyabrında keçirilmiş antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğala son qoyulması ilə bütün ərazilərdə bərqərar olub.

Pakistanın hüquq, ədliyyə, parlament işləri və insan haqları üzrə sabiq federal naziri Ahmer Bilal Sufi, Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin icraçı direktoru Xalid Teymur Əkrəm, NUML-in xarici dillər fakültəsinin dekanı, professor Cəmil Əsgər Cami və digərləri Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tam bərpa edən tarixi qələbələrindən, işğaldan azad edilən ərazilərdə aparılan quruculuq və abadlıq işlərindən, keçmiş məcburi köçkünlərin ata-baba torpaqlarına Böyük Qayıdışından, Azərbaycanın müasir dövlətçiliyinin təməlini təşkil edən konstitusiya dəyərlərinin qorunması və bu istiqamətində atılan addımların əhəmiyyətindən, eləcə də yüksələn dinamika ilə inkişaf edən Azərbaycan ilə Pakistan arasındakı əlaqələrdən bəhs ediblər.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:70
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Sentyabr 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see660

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see275

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see250

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see229

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see219

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see210

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see187

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see187

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see183

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see170

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see159

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see155

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see153

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see151

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see146

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see146

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see145

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see139

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri