Icma.az
close
up
RU
Dövlət Suverenliyi Günü: Yeni bir çağın başlanğıcı

Dövlət Suverenliyi Günü: Yeni bir çağın başlanğıcı

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Suverenlik dövlətin əsas xüsusiyyəti hesab edilib və dövlətin üstün və qeyri-məhdud səlahiyyətə malik olduğu deməkdir.

Suveren dövlət – beynəlxalq hüquqda ali hakimiyyəti təmsil edən, öz dövlətinin daxili və xarici siyasətində tamamilə müstəqil olan, başqa dövlətin hakimiyyətindən asılı olmayan və hansısa bir coğrafi ərazidə suverenliyi olan dövlət mənasını verir.

Beynəlxalq hüquq suveren dövlətləri daimi əhaliyə sahib olmaqla, müəyyən bir ərazisi olmaqla, ali və tək hökuməti olmaqla və digər suveren dövlətlərlə münasibət qurmağa gücü olmaqla xarakterizə edir. Həmçinin, suveren dövlət başqa bir dövlətdən nə asılı, nə də tabe olmamalıdır.

Azərbaycan da öz suverenliyini və ərazi bütövlüyünü 2023-cü ilin 19-20 sentyabr tarixlərində keçirdiyi lokal antiterror əməliyyatı ilə bərpa etdi. Həmin vaxt Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror tədbirlərinə başlandı. Cəmi 23 saat davam edən əməliyyat nəticəsində müzəffər Azərbaycan Ordusu qarşısındakı bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi.

Nəticədə Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz rejim özünü buraxdı. Bununla da Azərbaycanın bütün əraziləri üzərində suverenliyini tam bərpa etdi. Hakimiyyətin aliliyi və nəzarət funksiyası tam şəkildə bərpa olundu. Bu, Azərbaycanın dövlət suverenliyinin təşəkkülündə mühüm bir mərhələ hesab edilir.

Bu səbəbdən Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə hər il sentyabrın 20-də qeyd olunacaq unudulmaz tarix - Dövlət Suverenliyi Günü təsis edilib. Əlbəttə ki, bu Sərəncam Azərbaycanın 1991-ci ildə müstəqilliyinin bərpası ilə başlayan hadisələrin kulminasiya nöqtəsi olan ərazi bütövlüyü və müstəqillik uğrunda onilliklər boyu davam edən mübarizənin rəmzi sonunu əks etdirir.

Bu yeni tarixin təqvimdə rəsmi yer alması 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin, 2023-cü ildə antiterror tədbirlərinin və XXI əsrdə ölkənin müstəqilliyinin möhkəmləndirilməsinin əhəmiyyətini bir daha vurğulayır.

Ana Vətən Partiyasının sədr müavini, Milli Məclisin deputatı Günay Ağamalı “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, 20 sentyabr Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində xüsusi bir zirvədir:

“Dövlət Suverenliyi Günü ölkəmizin mövcudluğunun və institusional davamlılığının əsasıdır. Çünki özünün siyasi, mədəni tarixinə, taleyinə sahib çıxmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək hər xalqa nəsib olmur.

Buna sahib olmaq xalqın ictimai-siyasi həyatında ən böyük nailiyyətidir. Azərbaycan xalqı tarix boyunca qarşılaşdığı siyasi, iqtisadi, hərbi çətinliklərə, işğallara baxmayaraq, müstəqillik, dövlətçilik arzusunu və mübarizəsini əsrlər boyu davam etdirib. Heç bir qüvvə onun bu əzmini sındıra bilməyib. 

Əcdadlarımızdan bizə miras qalmış zəfərlərlə zəngin şanlı tariximiz, mədəni irsimiz və qədim dövlətçilik institutumuz bu gün hər bir azərbaycanlının qürur mənbəyi olmaqla yanaşı, onun dövlətimiz qarşısındakı məsuliyyətini artıran əsas faktordur. 

Məhz həmin məsuliyyətin ağırlığını dərk edən Azərbaycan gənci 44 günlük Vətən müharibəsi və 23 saatlıq antiterror əməliyyatları zamanı dünya hərb tarixinə qızıl hərflərlə yazılan misli görünməmiş qəhramanlıqlar etdi və yeni bir çağ başlatdı”. 

Millət vəkili vurğulayıb ki, bu çağ küllərindən doğan bir ölkənin yüksəlişinin və qüdrətlənməsinin təntənəsidir:

“Yaxın tarixə qayıdarsaq SSRİ-nin dağılması ilə yenicə müstəqilliyini qazanan Azərbaycan tamamilə hazırlıqsız vəziyyətdə ədalətsiz bir müharibəyə və uzunmüddətli münaqişəyə sürükləndi. Erməni separatizmi, Ermənistanın işğalçı siyasəti və onlara dəstək verən qüvvələrin imperiya maraqları xalqımızın başına görülməmiş müsibətlər və fəlakətlər açdı.

Beynəlxalq hüququn normalarını, BMT nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycana qarşı təcavüzkar siyasət həyata keçirən Ermənistan dövləti hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizini 30 ildən çox işğal altında saxladı.

Həmçinin, azərbaycanlılara qarşı etnik təmizləmə apardı, törətdiyi hərbi cinayətlərlə şəhər və kəndlərimizi viran, ölkəmizin təbii resurslarını talan etdi, tarixi, dini, mədəni abidələrini dağıtdı, Azərbaycan xalqına qarşı Xocalı soyqırımı kimi əsrin faciəsi adlandırılan kütləvi qətliam həyata keçirdi.

Bütün bu problemlərə baxmayaraq bu ərazilər suveren Azərbaycan ərazisi olaraq tanınırdı. Lakin Ermənistanın hərbi təcavüz və işğalının nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar uğursuzluqla nəticələndi”.

Günay Ağamalı onu da diqqətə çatdırıb ki, 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyi reallaşsa da, bu ölkənin işğalçı siyasətinin mahiyyəti dəyişmədi:

“Yeni hökumət sələfləri kimi davranaraq müzakirələri uzatmaq taktikasına üstünlük verdi və nəhayət, məhz elə bu ayda daha geniş spektrdə Cənubi Qafqazın taleyini həll edən İkinci Qarabağ müharibəsi baş verdi.

44 günlük Vətən müharibəsi, Ermənistanla şərti sərhəddə strateji əhəmiyyətli yüksəkliklərin nəzarətə götürülməsi və 23 saatlıq antiterror əməliyyatları Azərbaycanın Ulu Öndər Heydər Əliyevlə başlayan və cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlətçilik konsepsiyasının məntiqi nəticəsidir.

Əsrlər keçsə də, hər bir azərbaycanlı möhtərəm cənab Prezident İlham Əliyevin, qəhraman əsgər, gizir, zabitlərimizin və xalqımızın bir yumruq ətrafında necə sıx birləşdiyini qürurla xatırlayacaq”.

Elmir Mustafa
“Cebheinfo.az”

Açar sözlər: Dövlət Suverenliyi Günü Azərbaycan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Sentyabr 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see328

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see311

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see302

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see297

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see270

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see191

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see190

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri