Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Dövlət Suverenliyi Günü ‒ Azərbaycan xalqının şanlı zəfər günü

Dövlət Suverenliyi Günü ‒ Azərbaycan xalqının şanlı zəfər günü

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə sentyabrın 20-i Dövlət Suverenliyi Günü kimi təsis edilib. Suverenlik Günü 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın öz ərazi bütövlüyü və dövlət suverenliyinin təmin edilməsi uğrunda apardığı dönməz milli mübarizənin və qazandığı zəfərlərin rəmzi sonunu əks etdirən tarixi aktdır. 2025-ci ildə ilk dəfə qeyd edilən bu tarixi gün ölkəmizın və xalqımızın həyatında şanlı təqvimlərdən birinə çevrilib.

Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə Azərbaycan xalqının müstəqillik və dövlətçilik əzmini, milli məfkurəsini sarsıda bilməyib. Prezident İlham Əliyevin vurğuladığı kimi müstəqil və suveren dövlətə sahib olmaq, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüz illər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Bu müqəddəs arzunun son şərəfli və qürurlu tarixi nöqtəsini də məhz dövlətimizin başçısı 2023-cü ildə Azərbaycanın dövlət suverenliyini bərpa etməklə qoymuşdur.
Ötən əsrin sonlarında dövlət müstəqilliyini qazanmış Azərbaycan Respublikasına rəhbərlik edən təsadüfi, səriştəsiz adamların yarıtmaz idarəçiliyi və yaratdığı hərc-mərclik, xaos, eyni zamanda, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti ölkəmizi müstəqilliyini və dövlətçiliyini itirmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Ümummilli Lider Heydər Əliyevin belə bir kritik məqamda öz xilaskarlıq missiyasını üzərinə götürərək ölkə rəhbərliyinə qayıdışı ilə dövlət müstəqilliyimizin əbədi dönməzliyi təmin edildi.
Həmin dövrdə AXC-Müsavat cütlüyünün xəyanətinin nəticəsi olaraq torpaqlarımızın bir qisminin itirilməsi və 30 ildən çox müddətdə işğal altında qalması dövlət suverenliyinin coğrafi-inzibati bütövlüyünü də pozurdu.
İşğal aktının uzun illər qalmasına baxmayaraq, bu hal Azərbaycanın beynəlxalq hüquqi suverenliyinə heç bir təsir göstərmədi. Rəsmi Bakının qətiyyətli xarici siyasəti və mükəmməl diplomatik həmlələri dünya dövlətlərini Azərbaycanın ərazi bütövlüyü və suverenliyini birmənalı olaraq dəstəkləməsi ilə nəticələnmişdir.
Buna baxmayaraq, erməni işğalı Azərbaycanın 20 faiz ərazisi üzərində daxili suverenliyini və ali hakimiyyətin qollarının işləkliyini, institusional hüquqi tətbiqlərin icrasını məhdudlaşdırdı.
Ulu Öndər Heydər Əliyevin ən müqəddəs arzusu olan ərazi bütövlüyümüzün təmin olunması amalını ali dövlət kürsüsünə seçildiyi ilk gündən Prezident İlham Əliyev 20 il ərzində Ermənistanın və xarici havadarlarının ölkəmizə yönələn təhdidlərinin qarşısının alınması və beynəlxalq hüququn və ədalətin təmin edilməsi üçün bütün siyasi həyatını sərf etdi.
Ali Baş Komadan bu illər ərzində güclü iqtisadiyyat və müasir ordu quraraq, Azərbaycana beynəlxalq aləmdə güclü tərəfdaşlar qazandıraraq bütün gücünü ali məqsəd olan torpaqlarımızın azad edilməsi üçün çalışdı.
Ermənistanın 2020-ci il sentyabrın 27-də başlatdığı növbəti təxribatlara anındaca layiqli və sərrast cavab verən Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində erməni iddialarını, işğalçılıq planlarını və təcavüzkar siyasətini məhv edərək milyonlarla azərbaycanlının vətən həsrətinə son qoydu.
Məğlubiyyətin sarsıntılarını yaşayan Ermənistan və qondarma rejim 2020-ci ildən sonrakı müddətdə havadarlarına arxalanaraq sülh gündəliyindən hər vəchlə yayınır, əvvəlki iddialarını davam etdirməyə cəhdlər göstərdi.
Sözsüz ki, mövcud situasiya, Qarabağda fəaliyyətini davam etdirən separatizm və terrorçu fəaliyyətlər Azərbaycanın suverenliyinə, dövlətçilik prinsiplərinə təhdidlər yaradırdı. Xankəndində və ətraf ərazilərdəki silahlı qruplara daşınan aramsız silah-sursat Azərbaycanın milli dövlət maraqlarına birbaşa təhdid demək idi.
Eyni zamanda, 2020-ci il 10 noyabr sazişindən sonra öz legitim ərazilərində dərhal minatəmizləmə fəaliyyətləri aparmaqla bərpa, quruculuq, infrastrukturların yenidən salınması istiqamətində fasiləsiz iş aparan Azərbaycan dövlətinin müvafiq qurumlarının əməkdaşlarının, eləcə də asayişi qoruyan hüquq-mühafizə orqanlarının təhlükəsizliyinə qarşı yönələn silahlı təhdid və təxribatlar bölgədə sülh və quruculuq arxitekturasının təməllərini zədələyir, sabitliyin ahəngdarlığını pozurdu.
Belə bir şəraitdə, terrorçu rejimin militarist hərəkətlərinə cavab olaraq 2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri çayının üzərində Ermənistanla sərhəddə Azərbaycanın nəzarət-buraxılış məntəqəsi yaradıldı. Buraxılış məntəqəsinin qurulması ilə Azərbaycan beynəlxalq birlik tərəfindən tanınmış bütün sərhədləri boyunca nəzarətini təmin etdi. Bu tarixi gün Azərbaycanın şanlı qalibiyyət salnaməsinin yeni səhifəsinə çevrildi.
Azərbaycan Respublikasının suverenliyini fiziki olaraq bərqərar etməsinin son akkordu isə beş ay sonra həyata keçirilən 19-20 sentyabr lokal xarakterli antiterror tədbirləri hesab edilə bilər. 23 saat 43 dəqiqə davam edən əməliyyat nəticəsində Azərbaycanın əsgər və zabitləri mülki insanların heç birinə xəsarət yetirilmədən Ermənistan silahlı qüvvələrinin qalıqlarını və qondarma rejimin tör-töküntülərini tərksilah edərək ağ bayraq qaldırmağa məcbur etdi.
Beləliklə, Azərbaycan Respublikasının suverenliyi və Konstitusiya quruluşu tamamilə bərpa olundu, coğrafi-inzibati vahidliyimiz tamamlandı.
Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmaqla suverenliyimizin legitimliyini rəsmiləşdirdi. Hakimiyyətin aliliyi və nəzarət funksiyası da respublikamızın bütün ərazisində tam şəkildə bərpa olundu.
Suverenlik Gününə gedən işıqlı yol və möhtəşəm tarixi nailiyyətlər məhz Prezident İlham Əliyevin və qəhrəman xalqımızın sarsılmaz qətiyyətinin nəticəsidir.

Ramid Namazov
Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Sentyabr 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see317

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see276

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see259

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see256

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see251

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see245

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see241

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see227

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see222

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see218

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see217

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see215

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see212

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see210

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see207

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see198

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see183

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see176

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri