Icma.az
close
up
RU
Dövlət üçün ümumilli maraqlar naminə görülən bütün işlər müdrik xalqımız tərəfindən dəyərləndirilib

Dövlət üçün ümumilli maraqlar naminə görülən bütün işlər müdrik xalqımız tərəfindən dəyərləndirilib

Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.


"Əgər bir insanın düşüncəsi səmimidirsə, o, mütləq davranışında əks olunur" bu Çörçlin ifadəsidir. Bəli, həqiqətən, əgər bu müdriklik keyfiyyətləri insanda əks olunursa, deməli, bütün taleyüklü dövlətçilik məsələləri və xalqın müqəddəratını həmin şəxsə etibar etmək lazımdır. O şəxsin dünyanın lideri statusu qazanmaq haqqı və şansı vardır. Bu gün müasir dünyada düşüncə, davranışın xarici formasıdır və onun fəlsəfəsinə daha çox ehtiyac vardır. Təbiidir ki, insanın daxili inancları, inamı, fikirləri və dəyərləri onun seçimlərinə və reaksiyalarına təsir edir. Əgər əks formadadırsa, yəni bu iki keyfiyyət bir-birinə ziddirsə, bu insan daxilində psixoloji ziddiyyət yaradır. Elmi adı kognitiv dissonansdır. Bu çatışmazlığa malik insanlar dünyada çox olduğuna görə, dünyanı bu qədər fəlakətlər ağuşuna alır.
Psixoloji ziddiyyəti olan insanlar hansısa idarəçilik sistemində işləyən idarəetmə əllərində olanda isə bu çox təhlükəli olur. Belə vəziyyətlərdən qorunmaq üçün mütləq müdrik müdafiə taktikasına keçid lazımdır. Çünki bu davranış qaydaları həm də münasibətlər sisteminə təsir edir, dövlətlərarası çəkişmələr və digər problemlərə səbəb ola bilər. Bu çox incə məsələdir, hətta çox fikir verilməyən hadisə olsa da, o, çox dərin bir siyasi sistemin tərkib hissəsidir. Son zamanların qlobal siyasi konfiqurasiyalarında və münasibətlərin nizamlanması prosesində biz bu davranışların şahidi olduq. Həm sadaladığım məsələlərdə üst-üstə düşməsinə, həm də psixoloji ziddiyyətlərin daşıyıcılarının fəaliyyətinə şahid olduq. Əgər kimsə bir cür düşünüb başqa cür davranırsa, bu siyasətdə ikiüzlülük, riyakarlıq, ikili standart və maskalanmış niyyətə xidmət edən davranışlardır. Biz müxtəlif görüşlərdə və beynəlxalq səviyyəli toplantılarda bu tip siyasi riyakarları tanıdıq. Lakin düşündüyünü həmişə olduğu kimi söyləyən, açıq ifadə edən və onu həyata keçirən siyasi xadimlər də var. Hörmətli cənab prezidentimiz həmişə öz siyasi fəaliyyət proqramında və diplomatik strategiyasında bu prinsipdən istifadə etmiş və bütün dünyanın ağıllı kəsimi bu siyasi davranış qaydalarını qəbul etmişdir. Bu , bizim dövlətin bəşəriyyət üçün ciddi konseptual, Azərbaycan sayağı siyasi davranış qaydalarının nümunəsidir, çünki klassik Azərbaycan dəyərlərini tam olaraq özündə cəmləşdirən bir lider bu siyasəti həyata keçirdi.
İlham Əliyev düşüncə ilə davranış arasında heç vaxt məsafə qoymadı və bu, dürüstlük və səmimiyyətin prinsipiallığının nümunəsidir. Bu, fikir və əməl birliyidir. Bu insanlar etibarlı şəxslər sayılır. Xalq siyasətçiyə dediyi və etdiyi işlərə görə inanır. Ona görə etimadın ən yüksək forması ölkə başçısına göstərilib. Biz “Dedik və elədik”: Azad Azərbaycan yaratdıq, bütöv Azərbaycan yaratdıq. Düşmənlərimizin əbədi susdurulması ilə bağlı böyük siyasi ideologiya ortaya qoyduq. Bu ləyaqətli addımların müdafiəsi üçün hamı birləşdi, birliyimiz yarandı və həmrəyliyimiz möhkəmləndi. Biz düşmənlərimiz və onların ideoloji xəttini əbədi susqun etmək üçün hesablanmış, milli ideyalogiyamızı ortaya qoyan psixoloji ziddiyyəti olmayan siyasi lideri müdafiə etmişik və bundan sonra da etməliyik. Dövlət üçün ümumilli maraqlar naminə görülən bütün işlər müdrik xalqımız tərəfindən dəyərləndirilib və qiymətləndirilib; bundan sonra daha da qətiyyətlə bu yolumuzu müdafiə edəcəyik. Bu gün ikiüzlü və qeyri-səmimi siyasətçilərin dünyanın yeni nizamında artıq yeri yoxdur. Onlar öz yerlərini seçiblər, xəyanət masasının altında gizlənmiş, fürsətgüdənlər. Belə şəxslər bizə gərək deyil. Bu məkrbazlar və ya konjonktura siyasətçiləri ideya və milli maraqlara yox, məqam və faydaya xidmət edirlər. Onlar üçün xəyanət belə vasitədir, məqsəd isə şəxsi mövqe qazanmaqdır. Onlar əmin olsunlar ki, faydasız əməlləri ilə ancaq özlərinə zərər verəcəklər. Öz əməllərinizi və xislətinizi izləyin . Beləliklə siz elə özünüzü zərərsizləşdirəcəksiniz.
Bu gün bu maskalı məclis, dəyişkən və ikiüzlü tiplər fürsət yaranan kimi xain əlcəklərini geyinərək xəyanət masasını təmir etməklə məşğuldur. Onların masa altına girməsi və oradakı fəaliyyəti səbəbsiz deyil.
Bəzi mənəviyyatı elastiklər, xainlərin oturduqları masanın bulaşıqlarını təmizləmək üçün əldən-ayaqdan gedirlər. Ay, vicdanı kirayə verən zavalılar! Siz o bulaşıqları təmizləyib özünüzdən xəbəriniz yoxdur. Əslində siz bulaşıqların içində boğulursunuz.
Məntiqli siyasi proqnozları qəbul edə bilməyib, əxlaqınıza uyğun olmayan tərbiyəsiz davranış qaydalarını ictimai şəkildə təbliğ edirsiniz.
Sizin də həyat tərziniz belədir. Bu, sizin seçiminizdir. Elə yaşamaq sizə xoşdursa, yaşayın. Buna yaşamaq demək olarsa.
Ramil Hüseyniv, "Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:56
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 24 Oktyabr 2025 21:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see241

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see233

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see184

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see167

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see155

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see152

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see149

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see142

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see140

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri