Dövlət Uşaq Filarmoniyası konsert proqramı ilə çıxış edəcək
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 9 sentyabr, AZƏRTAC
Bu il dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi qeyd edilir. Hər il xüsusi maraq və təntənə ilə keçirilən festival çərçivəsində ölkənin bir sıra böyük şəhərlərində konsertlər, tamaşalar, sərgilər, elmi simpozium və ustad dərsləri təşkil olunacaq. Festivalda, həmçinin Dövlət Uşaq Filarmoniyasının iştirakı da nəzərdə tutulub.
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, proqramda Uşaq Filarmoniyasının xalq çalğı alətləri orkestri və ansamblı, nəfəsli alətlər ansamblı, həm oğlanlar, həm də qızlardan ibarət rəqs kollektivləri, vokal və xor sinifləri, fortepiano və skripka ifaçıları dahi bəstəkarın bir-birindən dəyərli əsərlərini ifa edəcəklər.
Festival çərçivəsində nəzərdə tutulan konsert sentyabrın 26-da başlayacaq.
Baxış sayı:94
Bu xəbər 09 Sentyabr 2025 16:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















