Icma.az
close
up
RU
Naxçıvan Dövlət Uşaq Filarmoniyası Bakıda çıxış edib

Naxçıvan Dövlət Uşaq Filarmoniyası Bakıda çıxış edib

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 18 noyabr, AZƏRTAC

Naxçıvan Dövlət Uşaq Filarmoniyası (NDUF) Azərbaycan Dövlət Uşaq Filarmoniyasının qonağı olub. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının dəstəyi ilə dostluq konserti keçirilib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Dövlət Uşaq Filarmoniyasından məlumat verilib.

Bildirilib ki, konsertin açılışında pianoçu, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru Səidə Tağı-zadə tədbirin əhəmiyyətindən danışıb və hər iki filarmoniya arasında yaradıcı əməkdaşlığın vacibliyini vurğulayıb.

Naxçıvan Dövlət Uşaq Filarmoniyasının direktoru Yaqut Quliyeva tədbirin həm mədəni, həm də maarifləndirici dəyərinə toxunub, təşkilatçılara və ev sahibinə təşəkkürünü bildirib. O, NDUF-nın yaranmasından, fəaliyyətindən, yetirmələrndən söz açıb.

Konsertdə hər iki filarmoniyasının yaradıcı kollektivi ilk dəfə birgə konsert proqramı ilə çıxış edib.

Konsertin əsas məqsədi müəssisələr arasında qarşılıqlı yaradıcı əlaqə qurmaq, birgə layihələrin inkişafına şərait yaratmaq və gənc istedadların potensialını daha geniş auditoriyaya təqdim etməkdir.

Proqram çərçivəsində Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Uşaq–Gənclər Rəqs Ansamblı (bədii Məhəmməd Quliyev), vokal sinfi – solist Leyla Əlizadə (müəllim Leyla Aslanova), eləcə də Naxçıvan Dövlət Uşaq Filarmoniyasının rəqs qrupu (baletmeyster Nurdan Bağırova) və solistlər —Namiq Vəliyev, Məcid Hüseynov, Elxan Əkbərov, Məryəm Hüseynquliyeva, Yusif Əkbərov, Rəbiyyə Seyidova, Yağmur Orucova, Bilal Qulusoy çıxış ediblər.

Daha sonra qonaqlar Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sektor müdürü Məhərrəm Lətifov, Azərbaycan Respublikasının Əməkdar artisti Nuriyyə Hüseynova və Sərxan Bünyadzadə səhnəyə dəvət olunaraq öz ürək sözlərini bölüşüblər.

Konsert “Yaşa Azərbaycan” mahnısilə yekunlaşıb.

Bu konsert iki qurum arasında yeni yaradıcı əməkdaşlıq körpüsünün qurulmasına, həmçinin uşaqların səhnə təcrübəsinin və yaradıcılıq imkanlarının daha da zənginləşməsinə töhfə verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri