Dövlət və cəmiyyətin inkişafında Azərbaycan gəncliyinin rolu ŞƏRH
Icma.az bildirir, Ses qazeti portalına istinadən.
2 Fevral – Azərbaycan Gəncləri Günü ölkəmizdə gəncliyə göstərilən yüksək diqqət və qayğının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu nümayiş etdirir. Bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 1997-ci il 2 fevral tarixli Sərəncamı ilə təsis olunmuş və Azərbaycan gəncliyinin cəmiyyətin inkişafında strateji rolunun dövlət səviyyəsində tanınmasının rəmzinə çevrilmişdir.
Heydər Əliyev gəncləri Azərbaycanın bu günü və sabahı hesab edir, onların milli ruhda, vətənpərvər, savadlı və müasir dünyagörüşlü vətəndaşlar kimi formalaşmasını dövlətin əsas vəzifələrindən biri kimi müəyyənləşdirirdi. Ulu Öndərin əsasını qoyduğu məqsədyönlü gənclər siyasəti gənclərin ictimai-siyasi proseslərdə fəal iştirakını təmin etmiş, onların potensialının reallaşdırılması üçün institusional baza formalaşdırmışdır.
Bu gün Heydər Əliyevin müəyyən etdiyi strateji xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən gənclər siyasəti gənclərin təhsil, məşğulluq, innovasiya, sahibkarlıq və sağlam həyat tərzi sahələrində geniş imkanlara malik olmasını təmin edir. Gənclərin dövlət idarəçiliyində, vətəndaş cəmiyyətinin inkişafında və beynəlxalq platformalarda fəal iştirakı bu siyasətin real nəticələridir.Müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərə sadiq, dövlətçilik ənənələrinə bağlı, eyni zamanda qlobal çağırışlara cavab verə bilən güclü sosial təbəqə kimi formalaşmışdır. Xüsusilə Vətən müharibəsində gənclərin göstərdiyi qəhrəmanlıq və fədakarlıq onların Heydər Əliyev ideyalarına və Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini bir daha sübut etmişdir.
2 Fevral – Azərbaycan Gəncləri Günü dövlət-gənclər münasibətlərinin möhkəmləndirilməsi, gənclərin cəmiyyətin aparıcı qüvvəsi kimi rolunun daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Lalə İskəndərova
YAP Qusar rayon təşkilatının məsləhətçisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 02 Fevral 2026 10:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















