Icma.az
close
up
RU
Azərbaycan xanımı cəmiyyətin inkişafında əhəmiyyətli rol oynayır ŞƏRH

Azərbaycan xanımı cəmiyyətin inkişafında əhəmiyyətli rol oynayır ŞƏRH

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Ümummilli lider Heydər Əliyev demişdir: “Azərbaycan xalqı həmişə qadına, onun cəmiyyətin həyatında oynadığı rola, tutduğu yüksək mövqeyə böyük hörmətlə yanaşmışdır. Xalqın ən əziz, qiymətli və müqəddəs hesab etdiyi vətən, torpaq, dil anlayışları ana adı ilə bərabər tutulmuşdur. Qadın adına göstərilən dərin ehtiram, sonsuz ana məhəbbəti söz və sənət abidələrimizdə öz parlaq təcəssümünü tapmışdır. Ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli nümayəndələri öz əsərlərində Azərbaycan qadınının mərdliyini, gözəlliyini, mənəvi saflığını vəsf etmişlər”. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasında qadınların kişilərlə bərabər hüququ təsdiq edilib. Ölkəmizdə iqtisadi inkişafla yanaşı, insan hüquqlarının müdafiəsi sisteminə də xüsusi diqqət göstərilir. İnsan hüquqlarının qorunması, xüsusilə bu hüquqlar çərçivəsində qadın hərəkatının inkişafı və azadlıqlarının təmin olunması istiqamətində qanunvericilik bazası genişləndirilir, cəmiyyətin müxtəlif sferalarında qadınlar rolunun artırılması yolunda işlər görülür. Cəmiyyətin inkişafında qadın hüquqları öz aktuallığı ilə daim fərqlənmiş, qadınların ictimai, siyasi, mədəni və digər sahələrdə əhəmiyyətli töhfələri olmuşdur.

14 yanvar 1998-ci ildə Dahi lider Heydər Əliyevin fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Həmin Komitənin yaradılmasında məqsəd qadınların hüquqlarının qorunmasından və ölkəmizin sosial və siyasi həyatında onların iştirakının artırılmasından ibarət olmuşdur. Daha sonra 2000-ci ildə “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərman imzalanıb. Fərmanda qadınların inkişaf, tərəqqi dövrünə qədər keçidiyi gərgin mübarizə yoluna nəzər salınmışdır. Fərmanda xüsusi olaraq qeyd olunur ki, Azərbaycan Respublikasının bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla, qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsilçiliyi təmin edilməlidir. 2000-ci il tarixində Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı təsdiq edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2006-cı il tarixli sərəncamı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimi yenidən formalaşdırılıb. 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu, eləcə də məşğulluq strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı qəbul edilib. Dövlət Proqramına daxildir: Azərbaycan Beynəlxalq Əmək Təşkilatının qadın əməyi sahəsində qəbul etdiyi “Yeraltı işlərdə qadın əməyinin tətbiqi haqqında” konvensiya; “Bərabər əməyə görə kişilərə və qadınlara bərabər haqq verilməsi haqqında” konvensiya; “Analığın mühafizəsi haqqında” konvensiya; “Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında” konvensiya; “Ərdə olan qadının vətəndaşlığı haqqında” konvensiya.

Tarixə nəzər salsaq, istər torpaqlarımızın müdafiəsində, milli dövlətçilikdə, istərsə də xalqımıza məxsus dəyərlər sisteminin yaşadılmasında xidmətləri olan qadınlarımıza hörmət və ehtiram göstərilmişdir. Qarabağ döyüşlərində, dövlət quruculuğunda aktiv iştirak edən nümunəvi qadınlarımız olub və bu gün də var. Müasir dövrdə qadınlarımızın ölkə həyatında rolunu yüksək qiymətləndirən cənab prezident İlham Əliyev söyləmişdir: “Əminəm ki, cəmiyyət qarşısında öz məsuliyyətini bütün dərinliyi ilə dərk edən Azərbaycan qadını bundan sonra da müstəqil Respublikamızın tərəqqisinə böyük töhfələr verəcəklər”.

Özünün peşəkar fəaliyyəti, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxış bucağı ilə Azərbaycan tarixində Mehriban xanım Əliyevanın misilsiz rolu vardır. Azərbyacan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyət dairəsi çox genişdir. Onun fəaliyyəti təhsildən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş sahələri əhatə edir.

Respublikada milli-mənəvi dəyərlər əsasında fəaliyyət göstərən, örnək kimi qəbul etdiyimiz qadınlar olub, bu gün də var və inanırıq ki, gələcəkdə də olacaqdır. Hal-hazırda qadınlarımız dövlətin yaratdığı bütün imkanlardan istifadə edirlər. Sərbəst təhsil almaqla yanaşı, fiziki hazırlıqlarını inkişaf etdirməklə, peşəkarlıq səviyyələrini artırmaqla bərabər, cəmiyyətin qurucusu kimi ictimai-siyasi proseslərin fəal iştirakçısına çevirilirlər. Azərbaycan qadınının elmdə, təhsildə, mədəniyyətdə, səhiyyədə və digər peşələrdə qazandığı nailiyyətlərin çox böyük potensiala malik olduğu təsdiq edilmişdir. Bütün bunlar Azərbaycan qadınının ictimai-siyasi fəallığını artırır, cəmiyyətimizin inkişafı, dövlət quruculuğu prosesində rolunu gücləndirir.

Nigar Abdullayeva

YAP Yasamal rayon AMEA Folklor İnstitutu ərazi partiya təşkilatının sədr müavini

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 Mart 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri