Icma.az
close
up
RU
Dövlət və güclü cəmiyyət olmağın birinci şərti müstəqil olmaqdır, Azərbaycan bunu tam reallaşdırıb

Dövlət və güclü cəmiyyət olmağın birinci şərti müstəqil olmaqdır, Azərbaycan bunu tam reallaşdırıb

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın Müstəqillik Günü 1918-ci il mayın 28-də İslam coğrafiyasında ilk demokratik respublikanın yaranması ilə qeyd olunan bir gündür. Bu günü sıradan bir gün kimi qəbul etmək olmaz. Çünki “Azadlıq olmayan yerdə istehsal olmaz” dediyi kimi, 1918-ci ildə Azərbaycan öz azadlığını və ya müstəqilliyini əldə etdikdən sonra istehsal prosesinin başladığını söyləmək olar.

Türkiyənin Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin müəllimi, professor Kərəm Qarabulud Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, buradakı istehsalı təkcə əmtəə və xidmət istehsalı deyil, həm də siyasi, hərbi, ədəbi-mədəni istehsalın bütün növlərini əhatə edir.

Kərəm Qarabulud

“Dövlət və güclü cəmiyyət olmağın birinci şərti müstəqil olmaqdır. Ona görə də Azərbaycan İslam coğrafiyasında demokratik respublika quran ilk ölkədir. Bu müstəqilliyin qarşısı 1920-ci ildə alınsa da, “Bir kərə yüksələn bayraq enməz” fəlsəfəsi xalqın qəlbində, şüurunda həmişə yaşayıb. Buna uyğun olaraq bu gün 1990-cı ildən dövlət bayramı kimi qeyd olunmağa başlandı. SSRİ dönəmi başa çatdıqdan sonra 1918-ci ildə cəmiyyət daxilində alovlanan istiqlal atəşi yenidən alovlandı və bu gün əbədi müstəqil və qüdrətli Azərbaycan dünyada öz yerini tutdu. 2021-ci ildən əvvəl Respublika Günü kimi qeyd olunan bu gün Qarabağ Qələbəsinin təsiri ilə indi Müstəqillik Günü kimi qeyd olunur. Belə azad və güclü Azərbaycanın formalaşmasında ilk prezident Əbülfəz Elçibəyin, ulu öndər Heydər Əliyevin və cənab İlham Əliyevin təsirini unutmaq olmaz. Onların həyata keçirdikləri səmərəli balans siyasəti sayəsində Azərbaycan güclü dövlətə çevrildi”-deyə Kərəm Qarabulud bildirib.

Kərəm Qarabulud vurğulayıb ki, bu gün Azərbaycan dünyanın eyni ölçülü bir çox ölkələrindən daha effektiv və daha inkişaf etmiş ölkədir.

“Bu günlərə çatmağı mümkün edən bütün Azərbaycan rəhbərlərini, xalqını təbrik etmək lazımdır. Digər tərəfdən Azərbaycanın müstəqil və güclü dövlət olması Türkiyənin həm bölgədə, həm də dünyada gücünü və nüfuzunu artırır. “İki dövlət, bir millət” olmağın üstünlüyü tarixdən hər iki ölkəyə güc verən bir anlayışdır. Bu anlaşmanın gələcəkdə də davam edəcəyi Şuşa Bəyannaməsi ilə təmin edilmişdir. Bu münasibətlə Azərbaycanımızın müstəqillik gününü təbrik edir, müstəqilliyinin əbədi olmasını arzulayıram. Türkiyə ilə Azərbaycan arasında qardaşlıq və dostluq davam etdikcə, hər ikisinin müstəqilliyi və güclü siyasəti davam edəcək”-deyə professor qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 27 May 2025 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see234

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see202

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri