Güclü və müstəqil dövlət modeli
Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.
"Yeni Azərbaycan Partiyasının VIII qurultayında Prezident İlham Əliyevin çıxışı yalnız partiyanın fəaliyyətinə dair hesabat deyildi. Burada Azərbaycanın qarşıdakı mərhələdə inkişafı, təhlükəsizliyi və dövlət siyasəti ilə bağlı konkret mesajlar verildi.
Bu mesajların əsas xətti güclü və müstəqil dövlət modelidir. Sosial ödənişlərin və pensiyaların növbəti dəfə artırılması göstərir ki, iqtisadi inkişafın əsas məqsədi vətəndaş rifahının yüksəldilməsidir. Yəni dövlətin iqtisadi gücü nəticə etibarilə insanın həyatında özünü göstərməlidir. Eyni zamanda, Prezident milli təhlükəsizlik anlayışının yeni reallıqlara uyğun daha geniş çərçivədə qiymətləndirilməsinə diqqət çəkir. Bu gün təhlükəsizlik yalnız ordu və sərhədlərin qorunması deyil. İqtisadi dayanıqlıq, informasiya məkanının qorunması, ideoloji sabitlik və milli həmrəylik də dövlət təhlükəsizliyinin mühüm elementləridir. Xüsusilə informasiya müharibələrinin genişləndiyi bir dövrdə bu məsələ daha da aktuallaşır." Bu fikirləri “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Ekspert bildirib ki bütün bunlar Azərbaycanın müstəqil dövlət kimi öz qərarlarını özü verməsi məsələsi ilə birbaşa bağlıdır. Vətən müharibəsi sübutdur ki, Azərbaycan öz hərbi və iqtisadi imkanlarına arxalanaraq qarşıya qoyduğu strateji məqsədlərə nail olmaq gücündədir. Bu gün də xarici siyasətin əsas prinsipi milli maraqların qorunmasıdır.
"Düşünürəm ki, Cənab Prezidentin Qurultayda Heydər Əliyevin siyasi irsinə və YAP-ın yaranmasının tarixi zərurətinə verdiyi qiymət də məhz bu dövlətçilik xəttinin davamlılığı kontekstində qiymətləndirilməlidir. 1990-cı illərin əvvəllərində dövlətçiliyin ciddi təhlükələrlə üzləşdiyi mürəkkəb bir vaxtda Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi sabitliyinin və gələcək inkişaf modelinin əsasını qoydu.
Bu gün həmin xətt yeni reallıqlar şəraitində davam etdirilir. Belə ki, sosial rifah, güclü iqtisadiyyat, milli təhlükəsizlik, hərbi qüdrət, informasiya və ideoloji dayanıqlıq, müstəqil xarici siyasət və Böyük Qayıdış bir-birini tamamlayan vahid dövlətçilik siyasətidir.
Məncə, VIII qurultayın əsas mesajı da məhz budur ki, Azərbaycan öz gələcəyini özü müəyyənləşdirən, milli maraqlarını özü qoruyan və qarşısına qoyduğu strateji məqsədləri öz gücünə arxalanaraq həyata keçirən müstəqil dövlətdir." - deyə, B.Quliyev əlavə edib.
N.Bayramlı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 07 Oktyabr 2026 12:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















