Icma.az
close
up
RU
Dövlət və ictimai xadimlərin adından saxta müraciətlər hazırlayan kibercinayətkar şəbəkənin məhkəməsində zərərçəkənlər ifadə verib

Dövlət və ictimai xadimlərin adından saxta müraciətlər hazırlayan kibercinayətkar şəbəkənin məhkəməsində zərərçəkənlər ifadə verib

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Dövlət və ictimai xadimlərin adından saxta müraciətlər hazırlamaqda təqsirləndirilən kibercinayətkar şəbəkənin üzvləri Sərdar Niftalıyev və Rafiq Zöhrabovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə digər zərərçəkənlər ifadə verib.

Zərərçəkən Ülkər Xəlilova bildirib ki, bankda əməliyyatçı kimi çalışıb və hazırda da mühasib işləyir. Buna baxmayaraq o, bu dələduzluğun qurbanı olub: "Mənə Votsapdan Fiona adında bir qadından mesaj gəldi. Yazılmışdı ki, "Aliexpress"ə bənzər platforma yaradıblar və onu inkişaf etdirmək üçün dəstəyə ehtiyac duyurlar. Dedilər ki, göndərilən postları bəyənərək pul qazana bilərəm. İlk vaxtlar belə ödənişlər aldım və istifadə edə bildim. Daha sonra başqa təklif etdilər. Dedilər ki, məhsullarımızda aktivlik müşahidə olunsun deyə pul göndərin və pul qazanın. Məsələn, 30 manata məhsul alın və qaytardığınız zaman 39 manat qazanın. Mənə link göndərdilər. Oradan qeydiyyatdan keçərək şəxsi və kart məlumatlarımı daxil edib, hesab açdım. Məni Teleqram platformasına yönləndirib oradan tapşırıq verirdilər. Onlara bir müddət 50, 100, 300 manat məbləğlərində pullar göndərdim. Bütün pullarım o hesabda artımla görünürdü. Pullarımı çıxarmaq istəyəndə problem yarandı. Mənə dedilər ki, şərtləri düzgün yerinə yetirməmişəm. İki deyil bir məhsul almışam və bu səbəbə görə qara siyahıya düşmüşəm. Əlavə pul istədilər. Daha sonra iki dəfə 1400 manat Rafiq Zöhrabovun hesabına göndərdim. Sərdar Niftalıyevə də pul göndərmişəm. Ümumilikdə 4080 manat pul tələb edirəm".

Digər zərərçəkən Elvar Məmmədzədə deyib ki, o da digər zərərçəkən kimi, eyni üsulla aldadılıb:
"Mənə Votsapdan Anna adında qadından iş təklifi gəldi. Mən də göndərilən linklərə ödəniş edərək pul qazanacaqdım. Həmin linkə daxil olaraq şəxsi məlumatlarımı əlavə etdim və kartımla hesab açdım. Hesabımda görünən pulları çıxarmaq istəyərkən alınmadı. Həmin hesaba müxtəlif linklərə etdiyim ödənişlərlə toplamda 1600 manat ödəniş etmişdim. Dedilər ki, Rafiq Zöhrabovun kartına əlavə pul göndərməliyəm. Üç mərhələ ilə 2000 manat göndərdim. Ümumilikdə 7600 manat pul tələb edirəm. Bu işdə Yavər adında bir nəfər də vardı. Hazırda istintaqı aparılır. Mən ondan da şikayətçiyəm".

Prosesdə ifadə verən digər zərərçəkən Cəbrayıl Nərimanov da həmin üsulla aldadıldığını deyib və 1480 manat pulunu tələb edib.

Proses mayın 22-də davam etdiriləcək.

Qeyd edək ki, DTX-nin yaydığı məlumata görə, kibercinayət yolu ilə Azərbaycan Respublikası Prezidentinin, digər dövlət və ictimai xadimlərin adından süni intellekt proqramları - “deepfake” texnologiyaları vasitəsilə saxta videomüraciətlərin hazırlanması, bu yolla müxtəlif sosial şəbəkələrdə Dövlət Neft Şirkəti, “Kapital Bank”, “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən iri məbləğlərdə qazanc vədi verən saxta elanlar yaymaqla vətəndaşların pul vəsaitlərinin ələ keçirilməsi faktları ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 272.2.1, 272.2.2, 273-2-ci və 178.3.1 maddələri ilə cinayət işi başlanılmışdır. Cinayət işi üzrə kompleks araşdırmalar aparılaraq kibercinayətlərin törədildiyi ölkələr müəyyən edilmiş, həmin dövlətlərin aidiyyəti orqanları ilə operativ prosessual əməkdaşlıq çərçivəsində beynəlxalq kibercinayətkar şəbəkə ifşa olunmuş, qeyd olunan cinayət əməllərinin qarşısı alınmışdır.
Müəyyənləşdirilib ki, kibercinayətkarların yaratdıqları saytlara istinadən internetin Azərbaycan seqmentinin istifadəçilərinə təqdim edilən çoxsaylı saxta elanlarda vətəndaşlar müxtəlif investisiya layihələrinə pul vəsaiti yatırmağa dəvət edilib, köçürülmüş vəsaitlərin müntəzəm olaraq əhəmiyyətli dərəcədə artması görüntüsü yaradılıb, vəd edilmiş investisiya qazancının zərərçəkmiş şəxslərin bank kartlarına köçürülməsi adı altında, habelə kibercinayət yolu ilə sonuncuların kart məlumatları əldə edilərək həmin kartlardakı pul vəsaitləri ələ keçirilib.
Azərbaycanın və digər ölkələrin vətəndaşlarının külli miqdarda pul vəsaitlərini analoji cinayət əməlləri ilə ələ keçirmiş beynəlxalq kibercinayətkar qruplaşmanın üzvləri Ukrayna ərazisində yerli hüquq-mühafizə orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş, transmilli mütəşəkkil dəstənin cinayət əməllərinin törədilməsində iştirak etmiş Azərbaycan Respublikasının vətəndaşları - 1998-ci il təvəllüdlü Zöhrabov Rafiq Mahir oğlu və 1979-cu il təvəllüdlü Niftalıyev Sərdar Əlixan oğlu Azərbaycanda cinayət məsuliyyətinə cəlb olunub, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. İbtidai istintaqın yekununda hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 178.3.1 (Dələduzluq - mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 193-1.3.1-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma - mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham elan edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://apa.az
archiveBu xəbər 01 May 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see296

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see271

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see226

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see224

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see209

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see186

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see180

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see170

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see165

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see162

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see158

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see154

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see153

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see152

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see152

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see148

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see146

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see146

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri