Icma.az
close
up
RU
Dövlət və özəl sektorun əməkdaşlığı kibertəhlükələrə qarşı müdafiədə əsasdır ŞƏRH

Dövlət və özəl sektorun əməkdaşlığı kibertəhlükələrə qarşı müdafiədə əsasdır ŞƏRH

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 13 aprel, AZƏRTAC

Azərbaycanda son illərdə kibertəhlükəsizliyin gücləndirilməsi və informasiya resurslarının qorunması istiqamətində kompleks və sistemli tədbirlər həyata keçirilir. Bu sahə Azərbaycan Prezidentinin xüsusi diqqətindədir və dövlət başçısının tapşırıqlarına uyğun olaraq dövlət qurumları ilə özəl sektor birgə şəkildə müxtəlif layihələr reallaşdırır.

Bu barədə AZƏRTAC-a açıqlamasında azərbaycanlı startapçı, “Cybersign” MMC-nin icraçı direktoru Elvin Axundov bildirib.

“Hazırda maarifləndirmə tədbirlərindən tutmuş daha dayanıqlı və təhlükəsiz iş sistemlərinin qurulmasına qədər geniş təşəbbüslər həyata keçirilir. Bu proseslərdə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) üzvləri ilə yanaşı, digər şirkətlər də fəal iştirak edir”, – deyə E.Axundov qeyd edib.

Elvin Axundov vurğulayıb ki, bu səylərin əsas məqsədi dövlət qurumlarının, biznesin və bütövlükdə cəmiyyətin kibertəhdidlərdən qorunmasını təmin etməkdir.

Keçirilən tədbir barədə danışan E.Axundov bildirib ki, tədbirdə “Binalyze” şirkətinin məhsulları təqdim olunub və bu şirkətin Azərbaycandakı rəsmi distribütoru “TechPro DC”dir. Təqdim edilən həllər rəqəmsal kriminalistika sahəsinə aiddir və kibermüdaxilələrin təhlilinə, o cümlədən hücumların mənbə və xarakterinin müəyyənləşdirilməsinə imkan verir.

İcraçı direktor kibertəhlükəsizlikdə insan faktorunun mühüm rol oynadığını da diqqətə çatdırıb. Onun sözlərinə görə, insidentlərin əhəmiyyətli hissəsi məhz istifadəçilərin kifayət qədər məlumatlı olmaması ilə bağlıdır.

Bu kontekstdə o, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və digər aidiyyəti qurumların sosial platformalar və müxtəlif təşəbbüslər vasitəsilə genişmiqyaslı maarifləndirmə tədbirləri həyata keçirdiyini qeyd edib.

E.Axundov əlavə edib ki, “Cybersign” şirkəti də bu istiqamətdə fəal iştirak edir. “Biz kiberməlumatlandırma və fişinq hücumlarına qarşı mübarizə üçün xüsusi portal hazırlamışıq və hazırda bir sıra qurumlara xidmət göstəririk. Eyni zamanda, sosial layihələr çərçivəsində regionlarda və universitetlərdə maarifləndirmə tədbirləri təşkil edirik”, – deyə o bildirib.

Elvin Axundov qeyd edib ki, dövlət və özəl sektorun əməkdaşlığı kibertəhlükələrə qarşı dayanıqlı müdafiə sisteminin formalaşdırılmasında və cəmiyyətin rəqəmsal savadlılığının artırılmasında əsas rol oynayır.

Müxbir – Pərvanə Qafarova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Aprel 2026 19:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see311

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see289

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see278

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see278

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see264

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see259

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see257

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see255

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see240

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see238

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see236

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see235

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see231

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see226

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see224

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see223

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see221

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see216

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see210

​KALINİNQRADA ZƏRBƏ ENDİRİLDİ Avropa müharibəyə cəlb olunur? + VİDEO

22 Noyabr 2026 15:39see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri