Icma.az
close
up
RU
Tural İrfan: “Radikal dini niyyətlərə qarşı mübarizədə maarifləndirmə və dövlət dəstəyi əsasdır”

Tural İrfan: “Radikal dini niyyətlərə qarşı mübarizədə maarifləndirmə və dövlət dəstəyi əsasdır”

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) beynəlxalq terror təşkilatları ilə əlaqəsi olan Azərbaycan vətəndaşlarından ibarət cinayətkar dəstənin ifşa edildiyini açıqlayıb. DTX-nin Mətbuat xidmətinin yaydığı məlumata görə, dəstə üzvləri ölkənin şimal bölgəsində meşə massivlərində yeraltı sığınacaqlar yaradaraq terror aktlarına hazırlıq görür, bu məqsədlə silah-sursat və texniki vasitələrlə təchiz olunurdular.

Aparılan araşdırmalar nəticəsində dəstə üzvləri – Vüqar Nəcəfli, Camal Gözəlov, Tofiq Yusifli və Dadaş Həşimovun 2024-cü ildə Azərbaycanı tərk edərək Pakistan-Əfqanıstan sərhədindəki dağlıq ərazilərdə gizləndikləri, orada beynəlxalq terror təşkilatlarının sıralarında silahlı təlimlər keçdikləri və döyüş əməliyyatlarında iştirak etdikləri müəyyən edilib.

DTX tərəfindən tərəfdaş xarici xüsusi xidmət orqanları ilə birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində adıçəkilən şəxslər saxlanılaraq Azərbaycana gətirilib.

İstintaqla həmçinin müəyyən olunub ki, Tofiq Yusifli və Dadaş Həşimovun terrorçuluq fəaliyyətləri Azərbaycan vətəndaşları Mir Cavad Hüseynli və Tural Ağayev tərəfindən maliyyələşdirilib. Bu şəxslərin digər cinayət əməlləri də aşkar olunub.

Vüqar Nəcəfli, Camal Gözəlov, Tofiq Yusifli, Dadaş Həşimov, Mir Cavad Hüseynli və Tural Ağayev barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri – 214-1 (terrorçuluğu maliyyələşdirmə), 283-1.3 və digər ittihamlarla cinayət işi açılıb. Məhkəmənin qərarı ilə onların hər biri barəsində həbs-qətimkan tədbiri seçilib. DTX-nin məlumatında qeyd olunur ki, kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Ekstremist qüvvələrə qarşı mübarizəni dəyərləndirən Milli Cəbhə Partiyasının başqan müavini, ilahiyyatçı Tural İrfan Sherg.az-a açıqlamasında deyib ki, ekstremist qüvvələrin zaman-zaman dövlətimizə qarşı terror-təxribat planları təhlükəsizlik orqanlarımız tərəfindən müəyyən edilərək pozulur, mənfur niyyətlərin icrasının qarşısı yüksək peşəkarlıqla alınır:


 “Hər şeydən öncə hüquq-mühafizə və təhlükəsizlik orqanlarımıza minnətdar olmalıyıq. Çünki belə planları ifşa etmək, iştirakçı və təşkilatçıları tapmaq, eyni zamanda zərərsizləşdirmək kənardan asan görünsə də, o qədər asan deyil. Ona görə ki, həmin cinayətkar qrupların hərəsini bir və ya bir neçə dövlət maliyyələşdirir, müasir texnologiya və silahlarla təchiz edir, qoruyur. Əks halda heç kəs asanlıqla ölkə daxilində silah-sursat, partlayıcı əldə edib gizli işlər görə bilməz. Dini zəmində, məzhəbçilik mövzusunda radikal niyyətləri icra etmək, dünyəvi dövlət quruluşunun dəyişdirilməsi məqsədilə xarici himayədarları, havadarları vasitəsilə ölkəmizdə təxribat yaratmaq istəyirlər. Düşmən ölkə daxilində öz məqsədinə yararlı olan, fikir və düşüncəsində, inancında onun niyyətlərinə, istəklərinə cavab verən fərdləri müəyyən edir və müəyyən maddiyyat və sair vasitələrlə ələ alır və bu cür zərərli planlar həyata keçirməyə cəhd edir. Çox zaman həmin qruplaşmanın üzvləri onları himayə edənlərin məqsədinin başqa olduğunun fərqində belə olmurlar. Düşünürlər ki, həmin kənar qüvvələr sırf bunların dini hesab etdikləri radikal niyyətlərinə şərait yaradırlar. Məlumdur ki, cənubdan gələn bu kimi təhlükələr cənub qonşumuzun, şimaldan gələn təhdidlər də əsasən şimal qonşumuzun vasitəsilə olur çox zaman. Hər bir halda bu kimi cinayətkar qruplarla mübarizə yönündə dövlətin apardığı iş səmərəli və operativdir. Aidiyyəti güc orqanlarının təhlükəsizliyimizə təhdid yaradan ünsürləri tam peşəkarcasına sıradan çıxarması elələrinə dərs olmalıdır ki, bir də bu kimi niyyətlərə düşməsinlər”.


İlahiyyatçının sözlərinə görə, din sahəsində daha səmərəli işlər görülməlidir ki, cəmiyyətimiz özü bu cür radikal niyyətlərdə olanları özü müəyyən etsin, inkişaf etməyə imkan verməsin və artmasına şərait yaratmasın: 

“Ona görə əsasən bölgələrdəki din xadimləri təbliğat, maarifləndirmə işlərini gücləndirməli, dövlətə daha yaxın olmalıdırlar. Təkcə dindar kəsimi deyil, bütün əhalini maarifləndirmək vacibdir. Ekstremizm cəhdlərinin fürsət düşən kimi baş qaldırmasının qarşısının alınması yönündə qabaqlayıcı tədbirlər görülməlidir. Azərbaycan dövlətinin milli, dini tolerantlıq sahəsində heç bir problem yaşamaması düşmən və xəbis qüvvələri narahat edir və dövlətin əsasən son illərdəki böyük nailiyyətlər və qələbə qazanmasını həzm edə bilmirlər. Lakin bütün xəbis qüvvələr sıradan çıxarılacaq və istənilən mənfur niyyətlər öz mənbəyinə sarı çevriləcək, ifşa ediləcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 May 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see200

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see174

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see144

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see143

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri