Dövlət Vergi Xidməti vergiödəyicilərinə müraciət edib
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 18 mart, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) vergiödəyicilərinə müraciət edib.
DVX-dən AZƏRTAC-a bildirilib ki, 31 mart 2026-cı il tarixi fevral ayı üzrə aşağıda sadalanan bəyannamələrin təqdim edilməsinin son günüdür:
Uduşlardan və mükafatlardan əldə edilmiş gəlirdən ödəmə mənbəyində tutulan vergi, əlavə dəyər vergisi, aksizlər, yol vergisi, mədən vergisi, daşınmaz əmlak üzrə sadələşdirilmiş vergi, pul vəsaitlərinin nağd çıxarılması üzrə sadələşdirilmiş vergi.
Eyni zamanda 2025-ci il üzrə gəlir, mənfəət və əmlak vergiləri üzrə bəyannamələr 31 mart 2026-cı il tarixindən gec olmayaraq vergi orqanına təqdim olunmalıdır.
Xatırladırıq ki, hesabat dövrü üzrə vergi tutulan və ya vergidən azad edilən əməliyyatlar aparan vergitutma obyekti olan ödəyicilər tərəfindən hesabatın müəyyən edilən müddətdə təqdim edilməməsinə görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Baxış sayı:186
Bu xəbər 18 Mart 2026 15:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















