Icma.az
close
up
RU
Dövlət vəsaiti boşa, gənclərin illəri itkiyə çevrilməməlidir Kamran Əsədov

Dövlət vəsaiti boşa, gənclərin illəri itkiyə çevrilməməlidir Kamran Əsədov

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

"Nə üçün 5 il sonra əmək bazarında olmayacaq ixtisaslara bu gün hələ də tələbə qəbulu həyata keçirilir?Əgər artıq dünya 2030-cu ilin ixtisaslarını formalaşdırırsa, biz niyə hələ də 1980-ci illərin peşələrini tədris edirik? Əgər bilirik ki, bəzi ixtisaslar süni intellekt, avtomatlaşdırma, rəqəmsallaşma ilə əvəz olunacaqsa, niyə minlərlə gəncin həyatını bu informasiyasızlıqla riskə atırıq?".

Redaktor.az xəbər verir ki, bu fikirləri təhsil eksperti Kamran Əsədov feysbuk hesabında yazıb.

"Kitabxanaçılıq, arxiv işi, sosiologiya, müəllimlik, mühasibat, təsviri incəsənət, turizm işinin təşkili, rus dili filologiyası, menecment, tərcümə (ərəb, rus, fars dilləri) – bu və bu kimi onlarla ixtisasa əmək bazarında ehtiyac yoxdursa, onların qəbul planı dərhal dayandırılmalıdır. Dövlət vəsaiti boşa, gənclərin illəri itkiyə çevrilməməlidir.

Bəs gələcəkdə nə olacaq?
Süni intellekt mühəndisliyi, data analitika, kibertəhlükəsizlik, rəqəmsal pedaqogika, ağıllı kənd təsərrüfatı, bioinformatika, yaşıl enerji texnologiyaları, kodlaşdırma və hüquq texnologiyaları. Bu sahələr üzrə nə proqram var, nə müəllim, nə dərslik. Heç olmasa, istiqamət var?

Amma universitetlərimiz oturub illər sonra keçmişə baxır: “biz niyə geri qaldıq?” – çünki bu günü planlamadıq. Təhsil sistemi əmək bazarının arxasınca sürünür. Halbuki önündə getməli idi. Elm və Təhsil Nazirliyi bu məsələdə nə təhlil aparır, nə proqnoz verir, nə də ictimaiyyəti məlumatlandırır. Plan yoxdur. Strategiya yoxdur. Sadəcə köhnə siyahı, dəyişməyən ixtisas kodları, boş diplomlar.

Yalnız bir sual var:

Əgər bu gənclər sabah işsiz qalacaqsa, bu gün onları niyə bu yola yönəldirik?

Təhsil gələcəyin planıdır, keçmişin vərdişi deyil. Bu sistem dəyişməzsə, dəyişən yalnız işsizlərin sayı olacaq".
 

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 İyul 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri