Icma.az
close
up
RU
Dövlət bağçalarında bir uşağa 4200 manat xərclənir Kamran Əsədov

Dövlət bağçalarında bir uşağa 4200 manat xərclənir Kamran Əsədov

Icma.az, Sfera.az portalına istinadən məlumat yayır.

Uşağın beyninin inkişafında ilk illər həlledici əhəmiyyət daşıyır. 

Sfera.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, beyin inkişafının 90 faizi 5 yaşa qədər tamamlanır:

"Bu dövr uşağın öyrənmə qabiliyyətinin, sosial və emosional bacarıqlarının formalaşdığı ən vacib mərhələdir. Buna görə də məktəbəqədər təhsil sadəcə uşaq baxımı deyil, gələcəyin təməlidir.

Uzun illər ölkəmizdə uşaq bağçaları əsasən sosial qayğı mərkəzi kimi fəaliyyət göstərib. Təəssüf ki, bu yanaşma təhsil komponentini kölgədə qoyub. Lakin artıq Elm və Təhsil Nazirliyi bu sahəyə yeni nəfəs gətirir. Nazir Emin Əmrullayevin də vurğuladığı kimi, məktəbəqədər təhsil müəssisələrində çalışanlar diaqnostika və sertifikasiyaya cəlb olunacaq, bu sahədə yalnız uşağın psixologiyasını anlayan və onu inkişaf etdirə biləcək peşəkar kadrlar çalışacaq".

O qeyd edib ki, hazırda dövlət bağçalarında bir uşağın illik təhsili təxminən 4200 manata başa gəlir:

"Bu, mövcud sistemin davamlı və genişlənə bilən olmadığını göstərir. Yeni alternativ model üzrə seçilmiş özəl bağçalara dövlət tərəfindən aylıq 250 AZN dəstək verilir, qalan məbləği isə valideyn ödəyir. Bu yanaşma daha çox uşağın məktəbəqədər təhsilə cəlb olunmasına, eyni zamanda valideynlər üçün – xüsusən də işləyən analar üçün – bağçaların əlçatan olmasına şərait yaradır.

Beynəlxalq təcrübəyə nəzər salsaq, Finlandiyada 6 yaşlı uşaqların 99 faizi məktəbəqədər təhsilə cəlb olunur və bu mərhələdə yalnız magistr təhsilli pedaqoqlar çalışır. Estoniyada 3 yaşdan etibarən uşaqların 91 faizi bağçalara gedir və bu ölkə PISA nəticələrində Avropada lider mövqedədir. Sinqapurda məktəbəqədər təhsilə cəlbetmə səviyyəsi 95 faiz təşkil edir, aztəminatlı ailələr üçün aylıq ödəniş bəzən cəmi 1 ABŞ dolları qədər olur.

UNESCO-nun məlumatına görə, dünyada 5 yaşlı uşaqların təxminən 25 faizi heç bir məktəbəqədər təhsil almadan böyüyür. OECD ölkələrində isə 3-5 yaş arası uşaqların 90 faizi bu təhsil pilləsində iştirak edir. Bu mərhələdə təhsil almış uşaqların 15 yaşda PISA testlərində orta hesabla 20 bal daha yüksək nəticə göstərdiyi sübut olunub".

K.Əsədov onu da vurğulayıb ki, məktəbəqədər təhsil təkcə fərdi inkişaf üçün deyil, bütövlükdə cəmiyyətin gələcəyi üçün strateji əhəmiyyət daşıyır.


Firuzə Əliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://sfera.az
archiveBu xəbər 29 Mart 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri