Dövlət xəstəxanalarında həkim qəbuluna düşmək niyə çətinləşib? AÇIQLAMA
Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.
Son dövrlərdə dövlət xəstəxanalarında növbələrin uzunluğu, həkim qəbuluna düşməkdə çətinliklər və pasiyentlərin narazılığı getdikcə artır. Bu problemlər həkimlərin sayının azlığı, infrastrukturun yetərsizliyi və pasiyent sayının çoxluğu ilə əlaqələndirilir. Vəziyyətin yaxşılaşdırılması üçün səhiyyə sistemində əhatəli islahatların aparılması vacibdir.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən tibb eksperti Adil Qeybulla bildirib ki, xəstəxanalarda mövcud uzun növbələr işin düzgün qurulmadığını göstərir:
“İcbari tibbi sığorta çərçivəsində dövlət xəstəxanalarına müraciət edən xəstələr üçün növbəli sistemin mövcud olması vacibdir. Belə ki, hər kəs öz növbəsində qəbul edilir, müayinələr aparılır və qarışıqlıq yaranmır”.
Ekspert əlavə edib ki, elektron növbəli sistemin tətbiqi vəziyyəti yaxşılaşdıra bilər:
“Elektron növbəli sistem tətbiq olunduqda bəzi xəstələrin gözləməsi labüddür, amma bu, dünya təcrübəsində də normal haldır. Xəstənin istədiyi vaxt xəstəxanaya gəlib bütün xidmətləri dərhal alması mümkün deyil və icbari tibbi sığorta bunu təmin etmir. Ona görə də randevu və elektron növbəli sistemin düzgün qurulması və fəaliyyətə başlaması bu problemi aradan qaldıracaq. Mexanizm işləmədiyi müddətcə isə növbə problemi davam edəcək”.
Qeyd edək ki, dövlət xəstəxanalarında növbə və xidmətin keyfiyyəti məsələsi həm pasiyentlər, həm də səhiyyə sisteminin səmərəliliyi baxımından ciddi əhəmiyyət kəsb edir və bunun həlli üçün elektron sistemlərin təkmilləşdirilməsi zəruridir.
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Azərbaycanda elmi dərəcə almaq çətinləşib? Ekspertdən AÇIQLAMA
05 Yanvar 2026 12:14
Dövlət xəstəxanalarında həkimlər bu yaşa qədər işləyə bilər AÇIQLAMA
03 Oktyabr 2025 21:21
Dövlət xəstəxanalarında MRT müayinəsinin cavabları niyə 3 gün sonra VERİLİR? Rəsmi AÇIQLAMA
11 Dekabr 2024 11:42
Niyə indi sevgi tapmaq çətinləşib? SƏBƏBLƏR
03 Yanvar 2025 10:32
Aİnin Ermənistanla sövdələşməsi çətinləşib
04 Noyabr 2024 20:23
Baxış sayı:90
Bu xəbər 28 Yanvar 2026 17:59 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları