Icma.az
close
up
RU
İpoteka ilə mənzil almaq niyə çətinləşib? AÇIQLAMA

İpoteka ilə mənzil almaq niyə çətinləşib? AÇIQLAMA

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Daşınmaz əmlak bazarında qiymətlərin sürətlə artması ipoteka kreditlərinin real alıcılıq imkanlarını azaldıb. Mövcud kredit məbləğləri ilə vətəndaşların seçim imkanları məhdudlaşdığı üçün ipoteka şərtlərinin bazar qiymətlərinə uyğunlaşdırılması məsələsi yenidən gündəmə gəlir. 
Mövzu ilə bağlı iqtisadçı Vüqar Oruc Demokrat.az-a bildirib ki, qaydalarda hər hansı dəyişiklik yoxdur:
"Yenə də əvvəlki kimi adi ipoteka üzrə faiz dərəcəsi 8%, güzəştli ipoteka üzrə isə 4% təşkil edir. Eyni zamanda güzəştli ipoteka üzrə 100 min, adi ipoteka üzrə isə 150 min manat kredit verilir. Yəni bu şərtlər qüvvədə qalır və prosedur qaydalarında hər hansı dəyişiklik baş verməyib.
Amma nəzərə alsaq ki, daşınmaz əmlak bazarında mənzillərin, torpaq sahələrinin və fərdi yaşayış evlərinin qiymətində ciddi artım baş verib, vəziyyət fərqlidir. Son 5 ili müqayisə etsək, görərik ki, qiymətlər bəzi hallarda 70-80%, bəzi ərazilərdə isə iki dəfəyədək, yəni 100% artıb. Belə olan halda İpoteka və Kredit Zəmanət Fondunun ayırdığı kreditlər vətəndaşlara mənzilin yalnız bir hissəsini ödəməyə imkan verir". 
Ekspert deyib ki, məsələn, mənzilin qiyməti 180 min manatdırsa, onun təxminən 20%-ni, yəni 36 min manatını vətəndaş ödəyir, 150 min manata qədər hissə isə müvəkkil bank vasitəsilə İpoteka və Kredit Zəmanət Fondu tərəfindən maliyyələşdirilir:
"Bu halda vətəndaş maksimum 200 min manata yaxın dəyəri olan mənzillərə müraciət edə bilir. Bu da indiki bazarda əsasən bir otaqlı və ya iki otaqlıya çevrilmiş mənzillərin, yaxud şəhər kənarında yerləşən iki otaqlı mənzillərin alınmasını əlçatan edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti olaraq, təklif etmişdik ki, adi ipoteka kreditlərinin məbləği təxminən 200 min manata, güzəştli kreditlərin məbləği isə 150 min manata qaldırılsın. Bu, bazardakı qiymətlərlə tam uyğunlaşmasa da, müəyyən qədər yaxınlaşmağa imkan verər və vətəndaşların ipoteka krediti hesabına mənzil əldə etməsini asanlaşdırar.
Əlçatanlıq məsələsinə gəldikdə isə, hazırda bankların riskləri kifayət qədər yüksəkdir. Mövcud iqtisadi vəziyyət bankları vətəndaşların ipoteka krediti almaq imkanlarını daha ciddi qiymətləndirməyə vadar edir. Ona görə də demək olmaz ki, əlçatanlıq tamamilə azalıb, lakin şərtlər müəyyən qədər sərtləşib. Vətəndaşın daimi iş yerinin olması, ödəniş qabiliyyəti, eləcə də əvvəlki kredit tarixçəsi daha ciddi araşdırılır və yalnız bundan sonra müvafiq kredit ayrılır. Düşünürəm ki, hazırda ən böyük problem kredit məbləğidir. Çünki bu gün normal mənzil almaq üçün bazarda ən azı 250-300 min manat vəsait tələb olunur ki, şəhər mərkəzinə yaxın ərazidə iki otaqlı mənzil əldə etmək mümkün olsun. Bu da göstərir ki, ayrılan kredit real bazar qiymətinin təxminən yarısını əhatə edir. Ona görə də hesab edirəm ki, kredit məbləğlərinə yenidən baxılmalı və eyni zamanda müxtəlif sosial layihələrə start verilməlidir ki, həmin layihələr çərçivəsində mənzil qiymətləri daha əlçatan olsun", - deyə o qeyd edib.
Əfsanə Kamal 
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 İyun 2026 22:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see358

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see338

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see335

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see290

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see280

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see268

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see266

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see260

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see259

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see242

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see224

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see220

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see214

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see213

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see201

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see198

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see196

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see195

Səhiyyə üçün 9 milyona yaxın vəsait ayrılır

30 Oktyabr 2026 17:31see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri