Dövlət Xidməti: Hazırda hərbi xidmət müddətinin 1 il 6 aydan 1 ilə endirilməsi müzakirə olunur
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Hazırda hərbi xidmət müddətinin 1 il 6 aydan 1 ilə endirilməsi bizdə müzakirə edilir.
APA xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi Azər Babayev deyib.
O bildirib ki, əsas məqsədimiz bütün sui-istifadə hallarının qarşısının alınmasıdır: “Çağırışın ancaq elektron qaydada bütün qərarların bildirilməsi nəzərdə tutulur. Bu da şəffaflığın təmin olunmasında mühüm əhəmiyyət kəsb edir. Ancaq hərbi xidmət müddətinin azaldılmasında başqa bir yol fikirləşirik. Burada ali təhsillilərlə orta təhsillilər fərqləndirilir. Ali və orta təhsillini fərqləndirmək düzgün deyil. Onların bərabərləşdirilməsi lazımdır. Konstitusiyada yazılıb ki, hər kəs hərbi xidmətdən keçməlidir, orada ali təhsil, orta təhsil fərqləndirilməyib. Amma biz buna hələ hazır deyilik. Bu layihə qəbul olunduqdan sonra o istiqamətdə təkliflərə baxa bilərik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 13 Dekabr 2024 15:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















