Icma.az
close
up
RU
Dövlət Xidmətində sahibkarlarla maarifləndirici görüşlər keçirilib AZƏRTAC

Dövlət Xidmətində sahibkarlarla maarifləndirici görüşlər keçirilib AZƏRTAC

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 24 dekabr, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində yanacaq məhsullarının istehsalı, idxalı, topdan və pərakəndə satışı fəaliyyəti ilə məşğul olan sahibkarların iştirakı ilə maarifləndirici görüşlər keçirilib.

Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, istehlakçıların standartların tələblərinə cavab verən məhsul əldə etmək hüquqlarının təmin edilməsi məqsədilə yanacaq məhsullarının istehsalı, idxalı və topdansatışını həyata keçirən sahibkarlıq subyektləri ilə keçirilən görüş zamanı satılan yanacaq məhsullarının hər partiyasının keyfiyyətini təsdiq edən sənədlə müşayiət olunması, məhsulların satışı zamanı topdan alıcılara yanacağın keyfiyyətini təsdiq edən müvafiq sənədlərin təqdim edilməsi, yanacağın daşınması və saxlanması zamanı standartların və normativlərin tələblərinə əməl edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah edilib.

Yanacaq məhsullarının pərakəndə satışını həyata keçirən sahibkarlıq subyektləri ilə keçirilən görüş zamanı isə yanacaqdoldurma məntəqələrində satılan avtomobil yanacaqlarının keyfiyyəti, istifadə olunan ölçmə vasitələrinin yanacağın həcmini düzgün ölçməməsi və digər məsələlər barədə istehlakçılardan daxil olan şikayətlərlə bağlı ətraflı müzakirələr aparılıb, istehlakçıların aldıqları malların keyfiyyətini və həcminin düzgün ölçülməsini təsdiq edən sənədlərlə tanış olmaq hüququna malik olduğu bildirilib.

Həmçinin istehlakçılara satılan yanacağın həcminin düzgün müəyyən edilməsi məqsədilə məntəqələrdə tipi təsdiq edilmiş, yoxlamadan keçirilmiş və metroloji norma və qaydalara cavab verən ölçmə vasitələrindən istifadə edilməsi və qanunvericiliyin digər tələbləri sahibkarların diqqətinə çatdırılıb.

Eyni zamanda, sahibkarlara istehlakçı hüquqlarının qorunması, müştəri məmnuniyyətinin təmin olunması və qanunvericiliyin tələblərinə ciddi əməl olunması ilə bağlı tövsiyələr verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Dekabr 2024 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see209

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see191

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see152

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see151

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see143

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see139

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see133

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see132

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see131

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see131

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see130

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see127

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see125

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see124

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see124

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see123

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see123

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see122

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see118

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri