Icma.az
close
up
RU
Dövlət Vergi Xidmətində “Dövlət biznes əməkdaşlığı və nəticələr” mövzusunda tədbir keçirilib AZƏRTAC

Dövlət Vergi Xidmətində “Dövlət biznes əməkdaşlığı və nəticələr” mövzusunda tədbir keçirilib AZƏRTAC

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 26 noyabr, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində “Dövlət -biznes əməkdaşlığı və nəticələr” mövzusunda tədbir keçirilib. Tədbirdə dövlət qurumlarının nümayəndələri, özəl sektorun və biznes assosiasiyalarının təmsilçiləri, müstəqil ekspertlər iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva görüşün əsas məqsədinin vergi qanunvericiliyi və inzibatçılığında həyata keçirilmiş və nəzərdə tutulan dəyişikliklərin, eyni zamanda bu proses çərçivəsində aidiyyəti dövlət qurumları ilə biznes assosiasiyaları, sahibkarlıq subyektləri arasında qarşılıqlı əməkdaşlığın nəticələrinin təqdim edilməsi və yeni istiqamətlərin müzakirə edilməsi olduğunu bildirib.

Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev dövlət və özəl sektor arasında əməkdaşlıqla müşayiət olunan təkmilləşmələrin daha effektiv olduğunu, birgə fəaliyyətin daha dayanıqlı və hərtərəfli inkişafa təkan verdiyini vurğulayıb.

DVX-nin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov “Biznes assosiasiyaları və sahibkarlarla əməkdaşlıq və onun nəticələri”, baş idarənin rəis müavini Əvəz Quliyev isə “2025-ci ildə Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklər” barədə təqdimatlar ediblər.

Maliyyə Nazirliyinin Vergi siyasəti və gəlirlər şöbəsinin sektor müdiri Şaban Abdullayev “Vergi və gömrük sahəsində verilmiş güzəştlərə dair “Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi” barədə məlumat verib.

Tədbir iştirakçıları vergi islahatlarının ölkəmizdə sahibkarlıq fəaliyyətinə təsirləri, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, biznes subyektlərinin prosesdə fəal iştirakı ilə bağlı məsələləri müzakirə ediblər. Qeyd olunub ki, iqtisadiyyatımız üçün yeni inkişaf prioritetlərinin müəyyənləşdirilməsində vergi islahatları mühüm rola malikdir.

Görüşdə vergi qanunvericiliyi və inzibatçılığının daha da təkmilləşdirilməsi istiqamətində səsləndirilən təkliflər müzakirə edilib, qaldırılan suallar cavablandırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Noyabr 2024 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see248

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see217

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see203

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see202

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see200

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see164

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see151

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see149

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see149

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see142

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see139

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see136

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see130

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see128

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see128

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see127

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see127

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see126

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see126

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri