Icma.az
close
up
RU
Dövlət yaddaşı Əkbər QOŞALI yazır

Dövlət yaddaşı Əkbər QOŞALI yazır

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

108 il bundan öncə və Xalq Cümhuriyyətindən 2 ay öncə Bakıda, çdvrəsində və ümumən Azərbaycan ərazisində yaşanan dəhşətləri milli və dövləti yaddaşımız unutmamışdır.

Tarixin yalnız baş vermiş hadisələrin xronoloji təsviri olmadığını bilirik; onj da bilirik ki, tarix həm də kollektiv yaddaşın strukturlaşdırılmış formasıdır. Bu baxımdan, 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününü konkret tarixi hadisələrin anım günü olmaqdan irəli – milli identikliyin formalaşmasında rol oynayan yaddaş institutu kimi çıxış qəbul edirik.

1998-ci ildə – soyqırımının 80-ci, dövlət müstəqilliyinin bərpasının 7 ildönümüydü; həmin il dövlət başçımız “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli, 690 saylı Fərmanı ilə soyqırımı aktlarına verilmiş rəsmi, siyasi-hüquqi qiymət, əslində, tarixdən çox yaddaşın legitimləşdirilməsi prosesi idi.  

Bu qərar milli tarixşünaslıqda yeni mərhələnin – postsovet reinterpretasiya mərhələsinin başlanğıcını qoymuşdur.

XIX yüzilliyin əvvəllərindən etibarən Güney Qafqazda müşahidə olunan demoqrafik transformasiyalar və siyasi manipulyasiyalar bölgədə etnosiyasi dəngənin pozulmasına səbəb olmuşdur. Bu prosesin ideoloji bazasında dayanan bədəməl “Böyük Ermənistan” konsepti, klassik anlamda mifoloji konstruksiya olmaqdan çıxaraq, siyasi proqram və ekspansionist strategiya funksiyası qazanmışdır.  

Bu kontekstdə 1918-ci ilin mart-aprel hadisələri təsadüfi toqquşma sayılmamalıdır; o hadisələr, sistemli şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasətinin kulminasiyası kimi qiymətləndirilməlidir.

Çağdaş beynəlxalq hüquq və soyqırımı araşdırmaları baxımından 1918-ci ilin mart hadisələri hansı əsas kriteriyalara uyğun gəlir? Yada salaq:

-Hədəfli etnik-selektiv zorakılıq – qurbanların etnik və dini mənsubiyyətə görə seçilməsi;

-Sistemlilik və planlılıq – Bakı Soveti və daşnak silahlı dəstələrinin koordinasiyalı fəaliyyəti;

-Mülki əhaliyə yönəlmiş total destruksiya – qadın, uşaq və yaşlıların kütləvi şəkildə qətlə yetirilməsi;

-Mədəni irsin məhv edilməsi – yaşayış məntəqələri, məscidlər və qəbristanlıqların dağıdılması. 

Bu özəlliklər hadisələrin lokal qırğın olmadığını göstərir və klassik soyqırımı aktı kimi təsnif olunmasına əsas verir.

Hadisələrin coğrafiyası təkcə Bakı ilə məhdudlaşmamış, geniş bölgəsəl miqyası əhatə etmişdir:

-Bakı şəhəri və o vaxtkı Bakı quberniyası,

-Şamaxı (120 kənddən 86-sı dağıdılmışdır),

-Quba (122 kənd məhv edilmişdir),

-Qarabağ, Zəngəzur, Naxçıvan, İrəvan və digər bölgələr…

Ümumi qurban sayı isə on minlərlə ifadə olunur ki, bu da hadisələrin lokal olmadığını, bölgə miqyaslı sistemli aksiya olduğunu sübut edir.

Özəlliklə Şamaxı və Quba hadisələri, həm arxiv materialları, həm də sonradan üzə çıxarılmış kütləvi məzarlıqlar vasitəsilə bu faciənin gerçək miqyasını daha aydın şəkildə ortaya qoyur.

Sovet ideoloji sistemi çərçivəsində bu hadisələr uzun müddət ya təhrif edilmiş ya da ümumiyyətlə tarixşünaslıqdan qıraqda saxlanılmışdır. Bu isə kollektiv yaddaşın intentional amneziya (qəsdən unutdurma) prosesinə məruz qalmasına gətirib çıxarmışdır.

Lakin müstəqillikdə arxiv materiallarının yenidən araşdırılması, Quba kütləvi məzarlığının szə çıxarılması, yeni elmi araşdırmaların aparılması və s. bu hadisələrin tarixi reabilitasiyası və elmi əsaslandırılması prosesini sürətləndirmişdir. 

Beləliklə, bu mərhələni milli tarixşünaslıqda “yaddaşın bərpası və güncəllənməsi mərhələsi” kimi xarakterizə etmək mümkündür.

Bəli, Ümummilli lider Heydər Əliyevin 1998-ci il Fərmanı ilə 31 Martın rəsmi şəkildə Soyqırımı Günü elan olunması, hadisələrin həm də siyasi-hüquqi fenomen kimi tanınmasına gətirib çıxardı.  

Sonrakı mərhələdə Prezidentin 2018-ci ildəki müvafiq Sərəncamı əsasında 100 illiyin qeyd olunması, Quba Soyqırımı Memorial Kompleksinin yaradılması

dövlətin bu məsələdə sistemli yaddaş siyasəti yürütməsinin göstəricisidir.

Bu siyasət üç əsas istiqaməti əhatə etməkdədir:

1. Tarixi həqiqətlərin elmi əsaslandırılması,

2. Beynəlxalq ictimaiyyətə təqdimat və diplomatik mübarizə,

3. Milli yaddaşın institusional qorunması.

Çağdaş kulturoloji və sosioloji yanaşmalara görə, kollektiv yaddaş milli identikliyin əsas sütunlarından biridir. Bu baxımdan 31 Mart hadisələri həm də milli özünüdərkin formalaşmasında aktiv faktor kimi çıxış edir.

Bu hadisələrin Müstəqil və tarixi Zəfər qazanmış Azərbaycanın yaddaşında saxlanılması milli həmrəyliyi gücləndirir, tarixi ədalət axtarışını stimullaşdırır, gələcək təhlükələrin qarşısını almağa xidmət edir.

Başqa sözlə, yaddaş burada mədəni kapital və eyni zamanda milli təhlükəsizlik komponenti funksiyasını yerinə yetirir. 

Şəhidlər ölmədi, Vətən bölünmədi!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://moderator.az
archiveBu xəbər 30 Mart 2026 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see331

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see323

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see312

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see299

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see296

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see265

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see254

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see252

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see234

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see233

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see232

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see227

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see216

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see214

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see197

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see186

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see170

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see165

Rəşad Mahmudov: Struktur dəyişiklikləri səhiyyə siyasətinin məntiqi davamıdır

19 Oktyabr 2026 20:17see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri