Icma.az
close
up
RU
Tarixin kökləndiyi gün Əkbər QOŞALI yazır

Tarixin kökləndiyi gün Əkbər QOŞALI yazır

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xocalı — bir şəhərin, bir gecənin adı olmaqdan çoxdan çıxıb. Xocalı, Azərbaycan xalqının yaddaşında yarımçıq qalmış ədalətin, səbrin, dözümün və nəhayət, Zəfərin adıdır. Otuz ildən artıq bir zaman boyu Xocalı adı çəkiləndə dünya vicdanı susdu, beynəlxalq hüquq lal oldu. Amma Azərbaycan susmadı, Xocalılar lal olmadı. 

Və səbr Dəmir Yumruğa çevrildi!..

1992-ci ilin fevralında Xocalıda törədilənləri bir müharibə epizodu kimi yazmaq tarixə və hər şeyə, Yerə-Göyə, Xocalı sözünə, Azərbaycanın özünə haqsızlıq olar — bu, mülki əhaliyə qarşı məqsədli şəkildə həyata keçirilmiş soyqırımı idi. Qadınların, uşaqların, ahılların qətlə yetirilməsi, ailələrin bütövlükdə məhv edilməsi insanlıq anlayışının, hətta müharibə qavramının özünün belə sərhədlərini aşan vəhşilik idi. Bu faciə təkcə Azərbaycan xalqına qarşı törədilməmişdir — Xocalı Soyqırımı bəşəriyyətin özünə qarşı törədilmiş cinayət idi.

Tarixdə bir həqiqət var: ədalət gecikə bilər, ancaq qətiyyən itməz! — Haqq incəlsə də, üzülmür!

Azərbaycan dövləti illər boyu Xocalı həqiqətlərini beynəlxalq tribunalara daşıdı, sənədlərlə, faktlarla, sübutlarla danışdı. “Xocalıya ədalət!” çağırışı sadəcə bir şüar olmadı — çünki, hüquqi, mənəvi və tarixi bir tələb idi. Və bu tələb cavabsız qala bilməzdi! Bəndələr sussa da, Yaradan susmazdı, əlbəttə! Böyüklü-balacalı neçə-neçə dövlət Xocalıya kor olsa da, Azərbaycan dövləti, Azərbaycanın və haqqın-ədalətin dostları gözüaçıqdır. Yoxsa, biz hamımız bu dünyadan gözü açıq, əli uzanıqlı gedərdik…

2020-ci ilin 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının torpaqları ilə birgə, ləyaqətini, tarixi ədalətini və milli qürurunu da geri qaytardı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu sübut etdi ki, Xocalı qurbanlarının qanı yerdə qalmayıb. Bu, qisasdan üstün hadisəydi — tam da ədalətin təntənəsi idi.

Eləcə də, 2023-cü ildə Xocalıda Azərbaycan Bayrağının ucaldılması sadəcə hərbi-siyasi hadisə sayılsa qüsur olardı. — Çünki o gün tarixin düzəlməsi, köklənməsi, formatlanması baş verirdi. Bu, şəhidlərin ölmədiyini, vətənin bölünmədiyini bir daha göstərdi. Bu, “unutmadıq, bağışlamadıq və də qalib gəldik!” nidasının özüydü.

Budur, 26.02.2026-cı ildə daha bir simvolik tarix yazıldı — Müzəffər Ali Baş Komandanın iştirakı ilə Xocalıda Soyqırımı Memorialının açılışı oldu. Bu, dövlətin öz yaddaşına yiyə durmasının, tarixini daşda və yaddaşda əbədiləşdirməsinin təntənəsidir. Bu, şəhidlərin adının rəsmi və əbədi şəkildə milli yaddaş kitabına həkk olunmasıdır. Əcdadımız ən azı Orxon-Yeniseydən bəri dərdini də, sevincini daşa döyüb, daşa yazıb… 

Memorial — kiminçünsə susqun daş ola bilər, amma bizimçün danışan tarixdir. O, gələcək nəsillərə ünvanlanmış xəbərdarlıqdır. O, dünya vicdanına yönəlmiş sualdır: “Yenəmi susacaqsınız?”

Bu gün Xocalıya həyat qayıdır. Dağıdılmış evlərin yerində yeni evlər, sükutun yerində uşaq səsi, xarabalığın yerində quruculuq var. Memorial komplekslər ucaldılır, yollar çəkilir, kəndlər dirçəlir. Xocalı artıq dirçəlişin və qələbənin simvoludur.

Biz yaddaşı nifrətə çevirmədik, acıdan güc yaratdıq, faciəni qalibiyyətlə tamamladıq. — Bax, Azərbaycanın bu gün dünyaya verdiyi ismarıc budur.

Xocalı — ağrı ilə başlayan, qalib dövlət iradəsi ilə tamamlanan bir tarixin də adıdır. Bu tarix göstərdi ki, haqq gec gələ, yavaşıya bilər… amma mütləq gələr! — Əlbəttə, güclü dövlət, Dəmir Yumruq, birliyini itirməyən xalq və şanlı ordu varsa...

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://moderator.az
archiveBu xəbər 26 Fevral 2026 18:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see355

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see342

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see329

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see323

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see315

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see305

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see296

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see292

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see264

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see249

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see242

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see229

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see225

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see209

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see200

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see198

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see194

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri