Icma.az
close
up
RU
Dövlət yenidən vergi güzəşti edəcək? KONKRET

Dövlət yenidən vergi güzəşti edəcək? KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son illərdə hibrid və elektromobillərə tətbiq edilən gömrük və vergi güzəştləri Azərbaycanda avtomobil bazarının dinamikasını əhəmiyyətli dərəcədə dəyişib. Bu təşviqlər həm vətəndaşların daha sərfəli qiymətlərlə ekoloji nəqliyyat vasitələri əldə etməsinə, həm də ölkənin köhnəlmiş avtomobil parkının yenilənməsinə şərait yaradıb. Digər tərəfdən, xüsusilə Çin istehsalı olan avtomobillərin idxalının sürətlə artması bazarda təklifin genişlənməsinə və rəqabətin güclənməsinə səbəb olub. Bəs mövcud bazar şəraiti, ekoloji prioritetlər və avtomobil parkının yenilənməsi ehtiyacı nəzərə alınaraq, hibrid və elektromobillər üçün güzəştlərin yenidən tətbiqi gündəmə gələ bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası İdarə Heyətinin sədri Eyyub Əliyev bildirib ki, ekoloji nəqliyyat vasitələrinə tətbiq edilən güzəştlər ölkənin avtomobil parkının yenilənməsinə mühüm töhfə verib.

Onun sözlərinə görə, xüsusilə istismar müddətini başa vurmuş taksi parkının yenilənməsində bu güzəştlərin rolu böyük olub:

“Güzəştlər hesabına taksi parkının təxminən 80 faizi yenilənib. Eyni zamanda, bu imkanlardan istifadə edən bəzi sahibkarlar Çinin daxili bazarı üçün nəzərdə tutulmuş avtomobilləri də ölkəyə gətirdilər. Bunun isə bazar üçün müəyyən mənfi nəticələri oldu”.

Ekspert hesab edir ki, hazırkı mərhələdə hökumətin hibrid və elektromobillər üçün əvvəlki güzəştləri yenidən tətbiq etməsi real görünmür:

“Bu güzəştlər kifayət qədər uzun müddət qüvvədə oldu və vətəndaşlar bundan yararlandılar. Bazar artıq müəyyən mənada doyub. Avtomobil bazarının da öz həcmi var və həmin həcmdən artıq satış mümkün deyil. Ötən il rekord göstəricilər qeydə alındı. Buna görə də yenidən belə güzəştlərin tətbiqinin tərəfdarı deyiləm. Düşünürəm ki, iqtisadçılar və maliyyəçilər də bu addımın məqsədəuyğun olmadığını hesab edərlər”.

Eyyub Əliyev vurğulayıb ki, güzəştlərin başa çatması ekoloji nəqliyyat vasitələrinin bazardan çəkilməsi anlamına gəlmir:

“Ölkədə urbanizasiya prosesi davam edir və bu prosesə uyğun olaraq yeni ekoloji avtomobillərə ehtiyac qalır. Artıq həm Bakıda, həm də regionlarda elektromobillər üçün zəruri infrastruktur formalaşıb və bu istiqamətdə inkişaf davam edir. Bu avtomobillər həm ekoloji, həm də iqtisadi baxımdan vətəndaşlar üçün sərfəlidir”.

Assosiasiya sədri hesab edir ki, dövlət dəstəyi olmasa belə, hibrid və elektromobillərin idxalı və satışı davam edəcək:

“Bu avtomobillərin bazara daxil olması üçün mütləq güzəştlərə ehtiyac yoxdur. Hazırkı vəziyyətdə dövlətin yenidən belə bir addım atacağına inanmıram. Hətta güzəştlər bərpa olunsa belə, əvvəlki illərdə müşahidə edilən yüksək satış dinamikasının təkrarlanması çətin görünür. İnsanlar artıq bu imkanlardan geniş şəkildə yararlanıblar”.

Aynurə İsmayıl
KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://konkret.az
archiveBu xəbər 23 İyun 2026 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see318

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see317

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see305

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see254

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see250

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see248

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see243

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see241

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see239

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see229

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see210

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see206

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see206

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see204

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see204

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see203

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see200

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see200

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see198

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri