Icma.az
close
up
RU
SON DƏQİQƏ Dövlət Vergi Xidməti ANC KONKRET

SON DƏQİQƏ Dövlət Vergi Xidməti ANC KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son günlər yerli mətbuatda “Rahat”, “Grandmart”, “Bolmart”,  “Port bazar”, “Baqqal” və “Pribaltika məhsulları” kimi marketlər şəbəkələrinin külli miqdarda vergi borcu yaranması ilə bağlı xəbərlər yayılmşdı.

KONKRET.az xəbər verir ki, Sfera.az-ın əldə etdiyi məlumata görə, Dövlət Vergi Xidməti artıq 2 gündür sözügedən şəbəkələri idarə edən “ANC Group” MMC-də yoxlamalara başlayıb. Məlumata görə vergi yoxlamaları nəticəsində adıçəkilən şirkətın böyük miqdarda vergidən yayınması faktları aşkar olunub. Bununla yanaşı şirkətin təchizatçılara da on milyonlarla vəsaitin ödəmədiyi üzə çıxıb.

Araşdırmamız nəticəsində məlum olub ki, “Rahat”, “Grandmart”, “Bolmart”,  “Port bazar”, “Baqqal” və “Pribaltika məhsulları” kimi marketlər şəbəkələri “ABDA Retail İnvestment Holding LTD”-yə və “Pro-Mart” MMC-yə aiddir. Holdinqin 50 faizi Adnan Əhmədzadəyə, digər 50 faizi isə Anar Əlizadəyə məxsusdur.
“ABDA Retail İnvestment Holding LTD”-i isə “ANC Group” MMC tərəfindən idarə olunur. MMC-nin 45  faiz səhminə Adnan Əhmədzadə, 45 faizinə Anar Əlizadə, 10 faizinə isə Cəlal Babakişiyev sahibdir.

Onu da qeyd edək ki, “ANC Group” MMC-nin 10 mindən çox əməkdaşı var və onlar bir neçə aydır əmək haqlarının almasında problemlərin olması ilə bağlı çoxsaylı şikayətlər ediblər. MMC-nin dəfələrlə gömrük qaydalarını pozduğuna görə cərimə olunduğu da yerli mətbuatda dərc olunub.

Maraqlı məqam ondan ibarətdir ki, açıq mənbələrdə “Pro-Mart” MMC-nin təqdim etdiyi son maliyyə hesabatlarına görə, şirkət bir ildə 141 milyon manatdan artıq satış dövriyyəsi əldə edib. Amma həmin hesabatda xalis mənfəət cəmi 27 min manat göstərilib. Yəni yüz milyonlarla manatlıq ticarət dövriyyəsinə malik şirkət, kağız üzərində demək olar ki, qazanc gətirməyib.

Bu, ictimaiyyət arasında ciddi suallar doğurur: Necə olur ki, ölkənin ən çox filialı olan supermarket şəbəkələrindən biri ildə cəmi bir mənzilin qiyməti qədər gəlir göstərir? Vergi və maliyyə şəffaflığı məsələsi burada açıq qalır.

Məlumatlara görə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bir müddət əvvəl “Bolmart” şəbəkəsinin fəaliyyətində bəzi pozuntularla bağlı araşdırma aparıb və “Pro-Mart” MMC barəsində inzibati icraat açılıb.

Şirkətin bəzi filiallarında malların keyfiyyəti və saxlama şəraiti ilə bağlı da zamanla şikayətlər mövcud olub. Bundan əlavə, ötən illərdə “Bolmart”da baş verən qida zəhərlənməsi hadisəsi də ictimai rezonans doğurmuşdu. Həmin vaxt rəsmi açıqlamalarda mağazalarda sanitariya qaydalarının pozulduğu bildirilmişdi. Hazırda “Bolmart” respublika üzrə 20-dən çox filialla fəaliyyət göstərir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://konkret.az
archiveBu xəbər 18 Fevral 2026 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see387

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see361

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see348

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see326

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see314

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see285

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see280

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see274

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see269

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see245

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see245

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see243

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see239

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see237

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see233

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see230

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see222

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see214

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see194

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri