Icma.az
close
up
RU
Dövlətçilik diskursu: Prezident İlham Əliyevin yol xəritəsi MƏQALƏ

Dövlətçilik diskursu: Prezident İlham Əliyevin yol xəritəsi MƏQALƏ

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Yola saldığımız 2025-ci il Azərbaycan üçün enerji ixracının şaxələndirilməsi və regional əməkdaşlıqda əldə olunan müvəffəqiyyətlər, böyük infrastruktur layihələrinin icrası, rəqəmsal və texnoloji inkişaf, sosial və əmək bazarı sahəsində beynəlxalq proqramların fəaliyyəti və digər böyük uğurlarla yaddaşlarda qaldı.

İlk günlərini yaşadığımız 2026-cı il isə ölkəmizin bütün sahələrdə müvəffəqiyyətlərini davam etdirərək,daha böyük uğurlar əldə edəcəyinə ümid verir və hər birimizi bu yolda yorulmadan çalışmağa ruhlandırır.

Bu baxımdan ölkəmizin prezidenti cənab İlham Əliyevin 2026-cı ilin yanvar ayının 5-də yerli televiziya kanallarına verdiyi müsahibə görülən işlərin,əldə edilən uğurların xülasəsi olmaqla yanaşı, həm də ölkəmizin inkişafında yeni nailliyyətlərə yol açacaq layihələrə,əhəmiyyətli proqramlara işıq saçaraq yol göstərən bir mayakdır.

Dövlət başçısının müsahibəsində xüsusilə regionda cərəyan edən proseslər,sosial-iqtisadi inkişaf dinamikası, həyata keçirilən strateji layihələr, həm daxili, həm də xarici siyasətdə qarşıda duran əsas vəzifələr diqqət mərkəzində olub. Təxminən üç saat davam edən müsahibə, ilk növbədə, Prezident İlham Əliyevin media institutuna verdiyi önəmi və mətbuatla açıq, davamlı dialoqa xüsusi əhəmiyyət verdiyini nümayiş etdirir. Bu baxımdan müsahibə cari siyasi gündəmlə yanaşı, Azərbaycanın gələcək inkişaf perspektivlərinə dair konseptual baxışın təqdimatı kimi də xüsusi əhəmiyyət daşıyır.

Dövlət başçımızın müsahibəsində xüsusi yer tutan əsas mövzulardan biri Azərbaycan-Amerika münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasıdır. Cənab Prezidentin vurğuladığı kimi, 2025-ci il bu münasibətlərin tarixində dönüş nöqtəsi oldu. Uzun illər ərzində Bakı–Vaşinqton xəttində münasibətlərin inkişafına ciddi maneə yaradan 907-ci düzəlişin aradan qaldırılmasıüçün addımlar atılmış, bununla da ABŞ-ın Cənubi Qafqaz siyasətində reallıqlara əsaslanan daha praqmatik yanaşmaya keçidi müşahidə olunmuşdur.

907-ci düzəlişin qəbulu öz mahiyyətinə görə həm siyasi, həm də hüquqi baxımdan Azərbaycan üçün açıq ədalətsizlik idi. Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi, Xocalı soyqırımının törədildiyi, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü bir dövrdə məhz Azərbaycana qarşı “blokada” iddiası ilə sanksiya tətbiq edilməsi beynəlxalq hüququn prinsiplərinə zidd idi. Prezident İlham Əliyevin müsahibədə qeyd etdiyi kimi, həmin dövrdə Ermənistanın Gürcüstan və İranla sərhədləri açıq idi və real blokadadan söhbət gedə bilməzdi. Buna baxmayaraq, erməni lobbisinin təsiri altında qəbul edilən bu düzəliş uzun müddət Azərbaycan–ABŞ münasibətlərinin üzərində siyasi kölgə kimi qalmaqda davam etdi.

Dövlət başçısı haqlı olaraq diqqətə çatdırır ki, 907-ci düzəlişin qüvvədə qalmasının əsas səbəblərindən biri də 1990-cı illərin əvvəllərində Azərbaycanda hakimiyyətdə olan səriştəsiz və qeyri-peşəkar siyasi idarəetmə idi. O dövrdə milli maraqları beynəlxalq platformalarda müdafiə edə biləcək güclü diplomatik mexanizmlərin olmaması Azərbaycanın informasiya və siyasi mübarizədə uduzmasına gətirib çıxarmışdı.

Müsahibədə Obama–Bayden və Bayden–Blinken administrasiyaları dövründə Azərbaycan–ABŞ münasibətlərinin niyə arzuolunan səviyyədə olmadığına da açıq şəkildə aydınlıq gətirilir. Xüsusilə Baydenin senator olduğu dövrdə 907-ci düzəlişin qəbulunda oynadığı rol, sonrakı mərhələlərdə də ABŞ siyasətində ermənipərəst yanaşmaların davam etməsi münasibətlərin böhranlı mərhələyə daxil olmasına səbəb olmuşdur.

Buna qarşılıq olaraq, Tramp administrasiyasının hakimiyyətə gəlməsi Azərbaycan–Amerika münasibətlərində yeni siyasi atmosfer formalaşdırmışdır.Praqmatik, milli maraqlara əsaslanan və nəticəyönümlü xarici siyasət xətti Azərbaycan kimi regionda mühüm geosiyasi çəkiyə malik dövlətlə əməkdaşlığı ABŞ üçün zəruri etmişdir. Konqres tərəfindən hüquqi olaraq tam ləğv edilməsə də, Prezident Trampın iştirakı ilə 907-ci düzəlişə faktiki olaraq son qoyulmasıgüclü siyasi və rəmzi məna daşıyır.

Bununla yanaşı, Azərbaycan-ABŞ strateji işçi qrupunun yaradılması və strateji tərəfdaşlıq xartiyasının hazırlanması münasibətlərin institusional müstəviyə keçdiyini göstərir. Enerji təhlükəsizliyi, nəqliyyat-logistika dəhlizləri, hərbi-sənaye əməkdaşlığı və qarşılıqlı sərmayə qoyuluşu kimi sahələrdə aparılan intensiv danışıqlar əlaqələrin artıq strateji xarakter aldığını təsdiqləyir. Xüsusilə Zəngəzur dəhlizinin açılması məsələsinin ABŞ Prezidenti səviyyəsində dəstəklənməsi Azərbaycanın regional kommunikasiya arxitekturasında aparıcı rolunun beynəlxalq səviyyədə qəbul edildiyini nümayiş etdirir.

Dövlət başçısı müsahibəsində ötən il Azərbaycanın xarici siyasətində əldə olunan mühüm nailiyyətlərən də bəhs etdi. Belə ki, 2025-ci ildə Azərbaycan ilə Çin Xalq Respublikası arasında Hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmış, ölkəmiz D-8 təşkilatına üzv qəbul edilmiş, həmçinin Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv statusu qazanmışdır. Bu mühüm addımlar Azərbaycanın beynəlxalq nüfuzunun artdığını, çoxtərəfli diplomatiya xəttinin uğurla reallaşdırıldığını və ölkəmizin regional-qlobal əməkdaşlıq platformalarında fəal aktor kimi qəbul edildiyini nümayiş etdirir.Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasət strategiyası Azərbaycanın həm Şərq, həm də Qərb məkanında etibarlı tərəfdaş kimi mövqelərini daha da möhkəmləndirmişdir.

Cənab Prezidentin yerli televiziya kanallarına verdiyi müsahibədə dil məsələsinə xüsusi yer ayırması təsadüfi deyil. Dövlət başçısının fikirləri dilin təkcə ünsiyyət vasitəsi deyil, milli kimliyin, dövlətçiliyin və siyasi müstəqilliyin əsas sütunlarından biri olduğunu bir daha aydın şəkildə göstərdi. Dövlətimizin başçısının vurğuladığı kimi, dil bayraq, gerb və himnlə yanaşı dövlətin ən fundamental atributlarından biridir və onun qorunması strateji məsələ kimi qiymətləndirilməlidir.

Prezident İlham Əliyev xalqımızın tarixi taleyinə toxunaraq, əsrlər boyu müxtəlif imperiyaların tərkibində yaşamağın Azərbaycan xalqının psixologiyasına müəyyən təsirlər göstərdiyini qeyd etdi. Müstəmləkəçilik siyasəti müxtəlif adlar altında həyata keçirilsə də, mahiyyət etibarilə eyni məqsədə – milli kimliyin zəiflədilməsinə xidmət etmişdir. Buna baxmayaraq, Azərbaycan xalqı tarix boyu öz dilini qoruyub saxlamış, onu nəsildən-nəslə ötürmüşdür. Bu fakt dövlət başçımız tərəfindən xalqın böyüklüyünün və milli şüurun gücünün bariz göstəricisi kimi qiymətləndirilir.

Müsahibədə xüsusi diqqət çəkən məqamlardan biri də müasir Azərbaycan dilinin tarixi ardıcıllığı ilə bağlıdır. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu gün danışdığımız Azərbaycan dili ulu babalarımızın danışdığı dildən mahiyyətcə fərqlənmir. Bu, çox az xalqa nəsib olan nadir tarixi nailiyyətdir. Sovet dövründə müəyyən leksik təsirlərin olmasına baxmayaraq, müstəqillik illərində dilin təmizlənməsi istiqamətində aparılan siyasət milli dilin özünəməxsusluğunu qorumağa imkan vermişdir.

Dövlət başçımızın çıxışında dilin zənginliyi və funksional imkanları xüsusi vurğulanır. Azərbaycan dili istənilən fikri, emosiyanı və bədii düşüncəni ifadə etmək gücünə malik olan melodik və zəngin bir dildir. Dövlət başçısı haqlı olaraq qeyd edir ki, xarici sözlərin ölçüsüz və məqsədsiz şəkildə istifadəsi dili zənginləşdirmir, əksinə, onun strukturuna və milli mahiyyətinə zərər vurur. Bu proses tədricən, “damcı-damcı” milli kimliyin sarsılmasına gətirib çıxara bilər ki, bu da uzunmüddətli perspektivdə dövlətçilik üçün ciddi risklər yaradır.

Prezident İlham Əliyevin mövqeyində diqqət çəkən əsas məqamlardan biri balanslı yanaşmadır. Dövlət başçısı çox dil bilməyin əhəmiyyətini müasir dünyanın zərurəti kimi qiymətləndirir. Lakin bu çoxdillilik ana dilinin kölgəyə düşməsi hesabına olmamalıdır. Xarici dillər beynəlxalq ünsiyyət üçün istifadə edilməli, Azərbaycan dili isə milli düşüncənin və ictimai həyatın əsas dayağı olaraq qorunmalıdır.

Müsahibədə Azərbaycan dilinin qorunmasında dövlətin aparıcı rolu xüsusi olaraq vurğulanır. Prezidentin fikrincə, dünyada 50 milyondan artıq azərbaycanlı yaşasa da, ədəbi dilin qorunması və inkişafı birbaşa Azərbaycan dövlətinin üzərinədüşür.Xaricdə yaşayan azərbaycanlıların ana dilini yalnız məişət səviyyəsində deyil, mükəmməl şəkildə bilməsi milli birliyin qorunması baxımından strateji əhəmiyyət daşıyır.Bu kontekstdə onlayn Azərbaycan dili məktəblərinin yaradılması dövlətin diaspor siyasətində yeni və mühüm mərhələdir.

Cənab Prezident jurnalistlərin, ziyalıların, yazıçı və şairlərin bu prosesdə xüsusi məsuliyyət daşıdığını vurğulayaraq, efir məkanında və ictimai diskursda dilin saflığının qorunmasının vacibliyini önə çəkir. Çünki ictimai rəyin formalaşmasında sözün gücü və dili istifadə edənlərin nüfuzu həlledici rol oynayır.

Nəticə etibarilə, Prezident İlham Əliyevin dil məsələsinə yanaşması onu mədəni-humanitar çərçivədən çıxararaq milli təhlükəsizlik və dövlətçilik kontekstinə gətirir. Azərbaycan dilinin qorunması milli varlığın, suverenliyin və gələcək nəsillərin kimliyinin qorunması məsələsidir. Dövlət başçısının çağırışı aydındır: dili qorumaq hər bir vətəndaşın borcudur və bu borcun yerinə yetirilməsi Azərbaycan dövlətinin və xalqının gələcəyinin təminatıdır.

Nəticə olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi geniş və məzmunlu müsahibə ölkəmizin siyasi həyatında mühüm hadisədir. Dövlət başçısı müsahibə boyunca həm ötən ilin yekunlarını əhatəli şəkildə təhlil etmiş, həm də Azərbaycanın yaxın və orta perspektiv üçün müəyyənləşdirdiyi strateji prioritetləri aydın və ardıcıl formada təqdim etmişdir.Səsləndirilən mövqelər göstərir ki, Azərbaycan artıq müharibə mərhələsini geridə qoyaraq sülh, sabitlik və dayanıqlı inkişaf mərhələsinə qədəm qoymuşdur.

Müsahibədə regional və qlobal proseslərə verilən siyasi qiymət, xarici siyasətdə əldə olunan uğurlar, beynəlxalq tərəfdaşlıqların genişlənməsi və milli maraqlara əsaslanan müstəqil diplomatik xətt Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmləndiyini təsdiqləyir. Eyni zamanda, dövlətçiliyin əsas dayaqları olan dil, milli kimlik və ictimai həmrəylik məsələlərinə xüsusi vurğu edilməsi cənab Prezidentin strateji baxışının yalnız cari siyasi gündəmlə məhdudlaşmadığını, uzunmüddətli dövlətçilik fəlsəfəsinə söykəndiyini göstərir.

Bu müsahibə bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan çağırışlara vaxtında və adekvat cavab verən, milli maraqlarını qətiyyətlə qoruyan və gələcəyini aydın strateji hədəflər üzərində quran güclü dövlətdir.Dövlət başçısının ictimaiyyətə ünvanladığı bu açıq və səmimi dialoq həm cəmiyyətə inam aşılayır, həm də qarşıdakı dövrdə görüləcək işlər üçün siyasi məsuliyyət və milli birlik çağırışı kimi çıxış edir. Bu baxımdan müsahibə Azərbaycanın müasir tarixində yeni mərhələnin ideoloji və siyasi konturlarını müəyyənləşdirən mühüm proqram xarakterli çıxış kimi dəyərləndirilməlidir.

Ziyafət Əsgərov,
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 Yanvar 2026 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see201

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see183

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see170

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see169

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see166

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see160

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see155

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see155

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see155

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see150

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see149

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see137

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see135

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see135

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri