Icma.az
close
up
RU
Prezident İlham Əliyevin xalqa söykənən dövlətçilik fəlsəfəsi

Prezident İlham Əliyevin xalqa söykənən dövlətçilik fəlsəfəsi

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Azərbaycan bu gün dünyanın siyasi xəritəsində yalnız coğrafi mövqe ilə deyil, həm də liderlik iradəsi ilə seçilən bir dövlətdir. Bu iradənin sahibi, bu yeni dövrün müəllifi isə cənab Prezident İlham Əliyevdir. Onun fəaliyyətinə nəzər salanda, son 20 ildə Azərbaycanın keçdiyi yolun heç də sadəcə inkişaf tarixi olmadığını görürük. Bu, dirçəlişin, azadlığın, ləyaqətin və qürurun tarixidir. Bu gün Azərbaycan nəinki öz gücünə güvənən bir dövlətdir – Azərbaycan öz gücünü yaradan dövlətdir. Bu gücün əsas sütunu isə İlham Əliyevin sistemli, ardıcıl, qətiyyətli dövlətçilik xəttidir.

2024-cü il seçkiləri Azərbaycanın siyasi tarixində dönüş nöqtəsi oldu. Xankəndidə verilən səs, o bülletenin qutuya düşməsi, prezidentin özünün dediyi kimi, “separatizmin tabutuna vurulan son mismar” idi. Bu tarixi an yalnız bir seçkinin yox, bütöv bir dövrün rəmzidir. Azərbaycan xalqı 92,12% səslə Prezidentinə tarixi etimad göstərdi. Bu rəqəm seçki statistikasından çox, böyük bir məfkurənin, cənab Prezident İlham Əliyev məfkurəsinin.təsdiqidir. Cənab Prezident İlham Əliyev təsadüfən lider olmayıb. O, MGİMO kimi qlobal diplomatiyanın mərkəzində formalaşan düşüncə sahibidir. Onun intellektuallığı, analitik təfəkkürü, elmi hazırlığı və dünya proseslərinə bələdliyi müasir Azərbaycan siyasətinin əsas memarına çevrildi. O, hər addımında göstərdi ki, liderlik yalnız idarə etmək deyil — liderlik gələcəyi görməkdir. Bu gün regionda baş verən bütün geosiyasi dəyişikliklərdə cənab Prezident İlham Əliyevin uzaqgörən qərarlarının izləri var. Ulu öndər Heydər Əliyevin “Mən ona özüm qədər inanıram” sözləri bu gün tam təsdiqini tapıb. Cənab Prezident İlham Əliyevin post-2003 siyasi kursu yalnız varislik deyil, həm də yenilik idi. Bu siyasət milli dövlətçilik modelinin tamamlanmasına və Azərbaycanın XXI əsr strateji vizyonunun formalaşmasına səbəb oldu. Cənab Prezident İlham Əliyev Azərbaycanda siyasi münasibətlərin tonunu dəyişdi. Qarşıdurmadan dialoqa, gərginlikdən əməkdaşlığa, parçalanmadan həmrəyliyə keçid təmin olundu. Siyasi partiyaların birgə bəyanatları, kütləvi dəstək aksiyaları, milli birliyin güclənməsi bu liderliyin nəticəsidir. Bu gün Azərbaycan siyasətində bir həqiqət var:Cənab Prezident İlham Əliyevin kursu həm xalqın istəyi, həm də dövlətin mənafeləri ilə üst-üstə düşən vahid yoldur.

Azərbaycan bu gün hər kəsin hesablaşdığı dövlətdir. Onun sözünə dəyər verilir, mövqeyinə hörmət edilir, qərarlarına ehtiyac duyulur. Bu diplomatik uğurların mərkəzində cənab Prezident İlham Əliyevin prinsipial və balanslı siyasəti dayanır. Qoşulmama Hərəkatına sədrlik, Türk Dövlətləri Təşkilatında lider mövqe, Avropa İttifaqı ilə yüksək səviyyəli əməkdaşlıq, BMT-də nüfuz, Enerji təhlükəsizliyində qlobal güc statusu təsadüf deyil. Bunlar bir liderin düzgün hesablanmış addımlarının nəticəsidir. Azərbaycanın ən mühüm nailiyyətlərindən biri məhz ABŞ-ın vasitəçiliyi ilə imzalanmış sülh sənədidir. Bu sənəd Cənubi Qafqaza tamamilə yeni reallıq gətirdi. Bu sülh Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıması, sərhədlərin müəyyənləşdirilməsi prosesinin başlaması, iqtisadi və logistika əlaqələrinin qurulması, regionun hərbi risklərdən uzaqlaşması kimi tarixi nəticələr doğurdu. Bu, diplomatiyanın ən böyük qələbələrindən biridir və onun müəllifi məhz cənab Prezident İlham Əliyevdir. Bu il Azərbaycan Zəfərimizin 5 illiyini qeyd edir. Bu beş il ərzində ölkə təkcə hərbi qələbə qazanmamışdı — o özünü yenidən qurdu. Qarabağda genişmiqyaslı bərpa və yenidənqurma, “Ağıllı şəhər” və “yaşıl enerji” konseptləri, Laçın və Zəngilan hava limanlarının açılması, Minlərlə ailənin doğma yurdlarına qayıtması, Ermənistan ordusunun tam təslim vəziyyətə gətirilməsi, Azərbaycanın suverenliyinin tam bərqərar olması Zəfərin yalnız başlanğıc olduğunu sübut edir. Azərbaycanın gücü bu gün əvvəlkindən daha böyükdür. Bu gün Azərbaycanın hər sahədə yüksəlişi — iqtisadiyyatın genişlənməsi, sosial siyasətin güclənməsi, ordu quruculuğu, enerji diplomatiyası, beynəlxalq nüfuz — hamısı bir-birinə bağlı vahid konsepsiyanın tərkib hissələridir. Bu konsepsiya isə cənab Prezident İlham Əliyevin dövlətçilik fəlsəfəsidir. Bu fəlsəfə üç əsas prinsip üzərində qurulub. Ədalət, qətiyyət və müstəqillik üzərində. Bu üç prinsip Azərbaycanın bu gün regionun ən güclü dövlətinə çevrilməsini təmin edib.

Azərbaycanın bu günkü inkişafı, qələbəsi, nüfuzu bir-birindən ayrı proseslər deyil. Onları birləşdirən xətt var — Prezident İlham Əliyevin rəhbərliyi. Bu gün qazanılan bütün uğurlar göstərir ki, Azərbaycanın gücü liderindən gəlir, liderin gücü isə xalqın sevgisindən.

Gülər Sultanzadə

YAP Yasamal rayon təşkilatının fəal üzvü

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Dekabr 2025 09:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri