Icma.az
close
up
RU
Dövlətçilik və medianın strateji birliyi ŞƏRH

Dövlətçilik və medianın strateji birliyi ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Hər bir dövlətin gücü yalnız onun iqtisadi imkanları, hərbi qüdrəti və diplomatik mövqeyi ilə müəyyən olunmur. Güclü dövlət eyni zamanda güclü informasiya siyasətinə, milli maraqları müdafiə edən peşəkar mediaya və cəmiyyətlə dövlət arasında sağlam kommunikasiya sisteminə malik olmalıdır. Məhz bu baxımdan Azərbaycanda milli mətbuatın inkişaf tarixi dövlətçilik tarixindən ayrı təsəvvür edilə bilməz.

Azərbaycan milli mətbuatı 151 illik inkişaf yolunda müxtəlif siyasi sistemlərin, mürəkkəb tarixi sınaqların və qlobal dəyişikliklərin şahidi olmuşdur. Lakin müstəqillik dövründə medianın inkişafı ilk dəfə olaraq sistemli dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilmişdir. Bu siyasətin memarı Ümummilli Lider Heydər Əliyev, onun müasir dövrün tələblərinə uyğun davamçısı isə cənab Prezident İlham Əliyev olmuşdur. 1993-cü ildə Azərbaycan mürəkkəb siyasi böhran, iqtisadi tənəzzül və informasiya xaosu ilə üz-üzə idi. Dövlət institutları zəifləmiş, cəmiyyət parçalanmış, media isə həm hüquqi, həm də iqtisadi baxımdan ciddi problemlərlə qarşılaşmışdı. Belə bir şəraitdə Ümummilli Lider Heydər Əliyev medianın inkişafını yalnız peşə məsələsi kimi deyil, dövlət quruculuğunun mühüm istiqaməti kimi qiymətləndirdi. Onun rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində söz və mətbuat azadlığının hüquqi əsasları möhkəmləndirildi, informasiya mühitində demokratik prinsiplərin bərqərar olması üçün zəruri qanunvericilik bazası yaradıldı. 1998-ci ildə dövlət senzurasının ləğvi Azərbaycanın demokratik inkişaf tarixində ən mühüm siyasi qərarlardan biri oldu. Bu addım yalnız jurnalistlərin fəaliyyət imkanlarını genişləndirmədi, həm də dövlətin öz cəmiyyətinə olan etimadının göstəricisinə çevrildi. Ulu öndər Heydər Əliyev medianı dövlətə xidmət edən inzibati mexanizm kimi deyil, milli maraqların qorunmasına töhfə verən ictimai institut kimi qiymətləndirirdi. Onun jurnalistlərlə müntəzəm görüşləri, media nümayəndələrinin problemlərinə xüsusi həssaslıqla yanaşması və "Jurnalistlərin dostu" adına layiq görülməsi bu münasibətin siyasi mahiyyətini aydın şəkildə ortaya qoyurdu. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə isə bu strateji xətt yeni mərhələyə yüksəldi. Müasir dövrdə informasiya təhlükəsizliyi artıq milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsi hesab olunur. Buna uyğun olaraq media siyasəti də yalnız informasiya istehsalı ilə məhdudlaşmır, dövlətin ümumi inkişaf strategiyasının mühüm komponenti kimi həyata keçirilir. Medianın İnkişafı Agentliyinin yaradılması, "Media haqqında" Qanunun qəbul edilməsi, media subyektlərinin iqtisadi dayanıqlığının gücləndirilməsi, vergi güzəştlərinin tətbiqi, jurnalistlərin sosial müdafiəsinin genişləndirilməsi və peşəkarlığın yüksəldilməsinə yönəlmiş proqramlar göstərir ki, Azərbaycanda media sahəsində aparılan islahatlar kompleks və uzunmüddətli strateji xarakter daşıyır. Bu siyasətin ən mühüm xüsusiyyətlərindən biri milli maraqların qorunması ilə müasir texnologiyaların uzlaşdırılmasıdır. Rəqəmsallaşma, süni intellekt, sosial media platformalarının geniş yayılması və qlobal informasiya axınlarının sürətlənməsi media siyasətinə də yeni yanaşmalar tələb edir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar məhz bu reallıqlar nəzərə alınmaqla formalaşdırılır.

Azərbaycan mediası artıq yalnız ölkədaxili auditoriya üçün fəaliyyət göstərən informasiya vasitəsi deyil. O, beynəlxalq informasiya məkanında Azərbaycanın mövqeyini müdafiə edən, milli həqiqətləri dünyaya çatdıran strateji kommunikasiya institutudur. Bu baxımdan Şuşada keçirilən Qlobal Media Forumları da xüsusi əhəmiyyət daşıyır. Qarabağın tacı olan Şuşanın beynəlxalq media dialoqunun mühüm mərkəzlərindən birinə çevrilməsi Azərbaycanın informasiya siyasətinin qlobal miqyas qazandığını göstərir. 44 günlük Vətən müharibəsi və sonrakı dövrdə Azərbaycan mediasının fəaliyyəti bu siyasətin real nəticələrini bütün dünyaya nümayiş etdirdi. Jurnalistlər yalnız xəbərləri çatdırmadılar; onlar informasiya cəbhəsində milli həmrəyliyin möhkəmlənməsinə, dezinformasiyaya qarşı mübarizəyə və Azərbaycanın haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə təqdim olunmasına mühüm töhfə verdilər. Bu təcrübə sübut etdi ki, güclü dövlət yalnız güclü ordu ilə deyil, həm də güclü media ilə öz maraqlarını daha səmərəli müdafiə edə bilir. Bu gün qarşıda duran əsas vəzifələrdən biri milli medianın rəqabət qabiliyyətinin daha da artırılması, beynəlxalq əməkdaşlığının genişləndirilməsi, rəqəmsal transformasiyanın sürətləndirilməsi və jurnalistikanın peşə standartlarının yüksəldilməsidir. Qlobal informasiya mühitində etibarlı mənbə olmaq, saxta xəbərlərə qarşı dayanıqlı mexanizmlər qurmaq və milli maraqları ardıcıl şəkildə müdafiə etmək müasir media siyasətinin prioritet istiqamətləridir.

Əkinçinin maarifçilik ideyalarından başlayan yol bu gün müasir media siyasəti ilə yeni mərhələyə yüksəlmişdir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik konsepsiyası cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə rəqəmsal əsrin tələblərinə uyğun zənginləşdirilmiş, Azərbaycan mediası milli maraqların qorunmasında, cəmiyyətin məlumatlandırılmasında və dövlətin beynəlxalq nüfuzunun möhkəmləndirilməsində strateji gücə çevrilmişdir. Məhz buna görə Azərbaycanda media siyasəti yalnız informasiya siyasəti deyil. Bu, dövlətçilik strategiyasının ayrılmaz hissəsi, milli maraqların müdafiəsinin mühüm sütunu və müasir Azərbaycanın davamlı inkişaf modelinin vacib istiqamətlərindən biridir.

Anar Abbasov,
YAP Nərimanov rayon təşkilatının sədr müavini

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 İyul 2026 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see321

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see304

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see289

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see244

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see243

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see240

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see235

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see224

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see222

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see209

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see207

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see203

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see203

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see200

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see191

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see175

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see173

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see171

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see168

Rusiya dizeli ilə yüklənmiş ilk tanker yola düşdü

18 Oktyabr 2026 00:00see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri